Icma.az
close
up
RU
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik ETDİLƏR

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik ETDİLƏR

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın tanınmış hüquqşünası, professor, xeyriyyəçi iş adamı İlham Rəhimovun 75 illik yubileyi münasibətilə dünyanın müxtəlif ölkələrindən nüfuzlu hüquq alimləri və tanınmış hüquqşünaslar ona ünvanlanan ortaq təbrik məktubu hazırlayıblar.

Redaktor.az xəbər verir ki, beynəlxalq hüquq ictimaiyyətində böyük hörmət qazanan professor İlham Rəhimovun elmi fəaliyyəti, hüquq elminin inkişafına verdiyi töhfələr və ictimai mövqeyi bu məktubda xüsusi vurğulanır.

Həmin təbrik məktubunu oxucularımıza təqdim edirik.

14 yanvar 2026-cı ildə müasir dövrün tanınmış kriminoloqu, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının Elmlər Akademiyasının akademiki İlham Məmmədhəsən oğlu Rəhimovun 75 yaşı tamam olur.

Professor İ. Rəhimov əlli ildən çoxdur ki, cinayət siyasəti, kriminologiya, cinayət və cəza-icra hüququ, məhkumların yenidən sosial adaptasiyası problemləri, cinayət hüququ və cəzanın teoloji əsasları sahəsində elmi araşdırmalar aparır. Bu illər ərzində onun iki yüzdən artıq elmi əsəri, o cümlədən iyirmidən artıq monoqrafiyası nəşr olunmuş və bunların bir çoxu maddi hüquq nəzəriyyəsində, kriminologiyada, cəza-icra hüququnda, o cümlədən cinayətkarlıq və onun səbəbləri, cinayət və cəzaya həsr olunmuş araşdırmalarda mövcud olan paradiqmaları kökündən dəyişmişdir.

Respublikamızda cinayətkarlığa qarşı mübarizə sahəsi üzrə hüquq elmlərinin formalaşması və inkişafının retrospektiv təhlili göstərir ki, ölkənin cinayət-hüquqi sikl elmlərinin bütün tarixi boyu elmi əsərləri Azərbaycanda hüquqi düşüncənin inkişafına, cinayət hüququ məktəbinin formalaşmasına, cinayətkarlığa qarşı mübarizə sahəsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, milli elmi kadrların hazırlanmasına professor İ.Rəhimov qədər son dərəcə əhəmiyyətli töhfə vermiş sanballı və yaradıcı alim bəlkə də olmamışdır.

Professor İ.Rəhimovun elmi əsərlərinin unikallığı bir neçə meyarla seçilir. Bu, ilk növbədə, onların son dərəcə aktual və əsl elmi yeniliyə malik olmasıdır. Lakin onun əsərlərində bizim diqqətimizi başqa bir struktur reallıq cəlb edir - araşdırılan problemlərin qloballığı və onların xeyli dərəcədə düşündürücü olması. Dahi rus filosofu Nikolay Berdyayevin "Azadlığın fəlsəfəsi" əsərində qeyd olunduğu kimi, elə əsərlər mövcuddur ki, onlarda nədənsə danışmaqdan daha çox, nə isə haqqında danışılır. "Bir şeydən danışmaq üçün böyük yaradıcı istedad tələb olunur, - deyə rus filosofu qeyd edirdi, - nə isə haqqında danışmaq üçün isə cüzi istedad da yetərlidir."

Professor İ.Rəhimovun əsərlərinin böyük əksəriyyətində məhz həmin "bir şeydən" danışılır. Bu, onun ötən əsrin səksəninci illərindən başlayaraq elmi yaradıcılığının müxtəlif dövrlərində nəşr etdirdiyi monoqrafiyaları üçün də tamamilə səciyyəvidir. Xüsusən, bu dövrdə onun "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981); "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987); "Cəzanın fəlsəfəsi və onun təyini problemləri" (Bakı, 1998); "Cinayət və cəza" (Moskva, 2012); "Cinayət və cəzanın fəlsəfəsi " (Sankt-Peterburq, 2013); "Cəzanın əxlaqiliyi haqqında" (Sankt-Peterburq, 2016); "Ölməz ölüm cəzası" (Sankt-Peterburq, 2017); "Din və cəza" (Sankt-Peterburq, 2020); "Dünya dinlərində cinayət və cəza" (Sankt-Peterburq, 2023); "Cəzanın əsaslandırılması" (Sankt-Peterburq, 2024) və bu kimi digər fundamental əsərləri, habelə postsovet məkanından olan alimlərlə birgə əməkdaşlıq çərçivəsində yazdığı ondan artıq monoqrafiya, dərslik və s. kitab işıq üzü görmüşdür.

Bu əsərlərlə tanışlıq göstərir ki, müəllifin elmi yaradıcılığının prioritet istiqaməti, əsasən, cinayət siyasəti, cinayət hüququnun nəzəri və metodoloji məsələləri, cinayətkarlığın genezisi və səbəbləri, cinayətin etiologiyası, cəzanın ontologiyası, eləcə də Yəhudilik, Xristianlıq, İslam, Buddizm, Konfutsiçilik, Veda və Tripitaka baxımından cinayət və cəzaya dair dini baxışlara həsr olunmuşdur.

Bu elmi əsərlərin digər bir fərqləndirici xüsusiyyəti onların təkcə cinayət hüququ fəlsəfəsi, kriminologiya və cəza-icra hüququ nöqteyi-nəzərindən yazılmamasıdır. Müəllif bu əsərlərdə cinayətkarlığın, cinayət və cəzanın geniş bioloji və sosioloji, psixoloji və genetik aspektlərinə toxunur ki, bu da cinayətkarlıqla mübarizənin nəzəri əsaslarının daha da inkişaf etdirilməsi üçün olduqca vacib sayılır.

Yuxarıda adları göstərilən əsərlərin hər birində müəllif cinayətkarlıq, cinayət və cəza problemlərinin ayrı-ayrı aspektlərini araşdırsa da, onlar tərkib baxımından ayrılmazdır və bu səbəbdən daxili vəhdətlə səciyyələnirlər. Bu baxımdan birlikdə götürüldükdə həmin əsərlər eksponensial effekt yaradır və bəzən ikinci monoqrafiyanı oxuduqda birinci kitabda müəllifin irəli sürdüyü ideyaların miqyasını və dərinliyini, dördüncü monoqrafiyanı oxuduqda isə üçüncü kitabda əks olunan fikirlərin artan fundamentallığını dərk etmək olur.

Elə təəssürat yaranır ki, müəllif bu əsərləri yaratmazdan əvvəl onların subtansiyaları (bu halda - cinayətkarlıq - cinayət - cəza - məhkumların yenidən sosial adaptasiyası) üçün idrak səviyyəsində universal matrisa formalaşdırmışdır ki, bu da həmin kitablar üzərində işləmə prosesində, bir tərəfdən, araşdırma mövzularının üzvi bütövlüyünü və məntiqi ardıcıllığını, digər tərəfdən, əsərlərin struktur elementlərinin vahid mövqe ilə qarşılıqlı uzlaşmasını və əlaqəsini təmin etməyə imkan vermişdir.

Professor Rəhimovun əsərlərinin digər danılmaz üstünlüyü onların hamısının möhkəm empirik, biblioqrafik və faktiki araşdırma bazasına malik olmasıdır. Əsərlərdə müzakirə olunan problemlərə baxışları kifayət qədər düzgün olan və ən əsası, müəllifin cinayət və cəza problemləri ilə bağlı baxışları kontekstində aydın şəkildə təqdim olunan filosofların, ilahiyyatçıların, hüquqşünasların, sosioloqların, psixoloqların və genetiklərin mövqeləri yer alır. Bundan başqa, həmin əsərlər tarixi və hüquqi məlumatlarla zəngindir və oxucuya əsrlərin dərinliklərindən bizə gəlib çatan biliklərlə tanış olmağa, həm də bir çox cəhətdən cinayət və cəza ilə bağlı cinayət hüququ düşüncənin inkişafının əsas məqamları haqqında məlumatlılığını artırmağa kömək edir. Müəllif cinayətin mənşəyi, cinayətkar davranışın təkamülü, cəzanın ontologiyası, məhkumların yenidən sosial adaptasiyası problemləri və məhkəmənin hökmü ilə təqsirkarlara təyin edilən cinayət cəzasının optimallaşdırılması ilə bağlı bir çox mövcud yanaşmaları tənqidi şəkildə araşdırır və müasir cinayət siyasəti və cinayət hüququ, kriminologiya və cinayət-icra hüququnun konseptual boşluqlarını hərtərəfli təhlil edir.

Qeyd edilən səbəblər üzündən İ. Rəhimovun əsərlərinə həm Azərbaycanda, həm də postsovet məkanında, eləcə də ondan kənarda elmi ictimaiyyət tərəfindən geniş tələbatın olması heç də təəccüblü deyildir. Təkcə onu qeyd etmək kifayətdir ki, onun bir çox monoqrafiyası İngiltərə, Bolqarıstan, Almaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Türkiyə və s. ölkələrdə təkrar-təkrar nəşr olunmuşdur.

Professor Rəhimovun elmi əsərləri həm də onlarda yer alan dini xarakterli geniş məlumatların idrakı səbəbindən maraqlıdır. Bu zaman o, təkcə cinayət və cəzanın fəlsəfi, sosioloji, hüquqi və s. problemləri üzrə parlaq analitik zəkaya deyil, həm də müqəddəs kitabların əsas ayələri, eləcə də onlarda yer alan cinayət və cəza haqqında hüquqi baxışlar, eləcə də məşhur ilahiyyatçıların, Bibliya, Quran üzrə tanınmış alimlərin müxtəlif mürəkkəb dini və hüquqi dilemmalara dair fundamental əsərləri barədə ensiklopedik biliyə malik olduğunu nümayiş etdirir və həmin müddəalara edilən istinadlar müəllifin monoqrafiyalarının mətnlərinə ahəngdar şəkildə daxil edilmişdir.

İ. Rəhimovun elmi əsərləri həm də çoxcəhətliliyi və multidissiplinarlığı ilə seçilir. O, tədqiqat prosesində tutarlı metodoloji bazaya əsaslanmış, dialektik, müqayisəli, aksiomatik, mədəniyyətlərarası və digər elmi təhlil metodlarından (mücərrəddən konkretə doğru, fərdilikdə ümumiliyin, hadisələrdə mahiyyətin nəzərə alınması və s.) geniş istifadə etmişdir.

Bu və ya digər mövzuya sistemli, miqyaslı və hərtərəfli yanaşma ona, bir tərəfdən, əvvəllər işlənib hazırlanmış məsələləri fəlsəfə və sosiologiya sahəsində cinayət və cəza problemlərinə, cinayət hüququ və kriminologiya nəzəriyyəsinə müasir yanaşmalar baxımından yeniləməyə, digər tərəfdən isə, bir sıra yeni problemləri müəyyən etməyə, cinayət hüququ və kriminologiya nəzəriyyəsində mövcud olan bir çox paradiqmaları (məsələn, cinayətkarlığın səbəbləri, cinayətin baş verməsinin çoxsəviyyəli mərhələləri, cəzanın mənşəyi və s.) inkar edən cinayət-hüquqi və kriminoloji problemlərin həlli üçün tamamilə innovativ yanaşma təklif etməyə imkan vermişdir.

Oxucu, bu son dərəcə maraqlı əsərlərlə tanış olduğu zaman, hər sonrakı monoqrafiyada müəllifin cinayətin genezisi, cinayətin etiologiyası və cinayət cəzasının aksiologiyası haqqında düşüncələrinin dərin fəlsəfi çalar və sosioloji istiqamət aldığını, qeyri-standart fərziyyələrlə və cinayət hüququ və kriminologiya nəzəriyyəsindəki bəzi aksiomaların tədricən yenidən düşünülməsi ilə zənginləşdiyini, qədim dövrlərin hüquq mədəniyyəti nümunələrindən qaynaqlanan maraqlı məlumatları və tarixi faktları görür.

Cəzanın və onun səbəblərinin bu və ya digər hüquqi, fəlsəfi, teoloji, genetik və ya tarixi aspektlərini araşdıran İ. Rəhimov həm də hüququn fəlsəfi problemləri,  Hammurapi qanunları, Ur-Nammu məcəlləsi, Manu qanunları və s. bu kimi qədim hüquqi mədəniyyət nümunələri barədə mükəmməl bilgiyə malik olduğunu nümayiş etdirir və cinayət və cəzaya dair həmin kitablarda mövcud olan hüquqi baxışları rəvan şəkildə əsərinə daxil edir. Bunlar həmçinin Azərbaycan və rus ədəbiyyatının ən yaxşı ənənələrində təqdim olunan qüsursuz müəllif şərhləri ilə müşayiət olunmuşdur.

Bu inteqrativ yanaşma sayəsində professor Rəhimov oxuculara cinayət-hüquqi sikl  elm sahələrinin fundamental problemləri ilə bağlı hərtərəfli araşdırmalar təqdim edə bilmişdir. Bu yanaşma cinayət hüququnun fəlsəfəsi, sosiologiyası, dünyəvi dinlər və cəmiyyətin tarixi inkişafının müxtəlif mərhələlərində cinayətkarlığa qarşı mübarizədə toplanmış təcrübə baxımından cinayətkarlığın genezisi, cəzanın etiologiyası ilə bağlı geniş qeyri-standart baxışlarla seçilir. Müəllif həmçinin cinayətin genezisi və səbəbləri, cəzanın ontologiyası və onun aksioloji mahiyyəti, cinayət və cəzanın teoloji mənşəyi və s. haqqında son dərəcə maraqlı fərziyyələrin əsasını qoymuşdur. O, mövqeyini ortaya qoyduqca həmin ideyalarını inkişaf etdirir və nəticə etibarı ilə bütövlükdə cinayətkarlıq, cinayət və cəzanın fəlsəfi və sırf hüquqi problemləri ilə bağlı teoloji və dünyəvi baxışların intellektual mənbəyini formalaşdırır.

Eyni zamanda, müəllifin ideyalarnın bir qismi kifayət qədər özünəməxsus olduğundan, cinayət hüququ və kriminologiya nəzəriyyəsinin məlum sosial-hüquqi fenomenlər üzrə mövcud doqmaları ilə üst-üstə düşmür. Bu, onların inkar edilməsi, şəxsi dünyagörüşü dəyərlərindən və təbliğ etdiyi mənəvi-əxlaqi imperativlərdən, həmçinin təbii və pozitiv hüququn aksioloji əsaslarından götürülmüş bəzi əlavələr səbəbindən baş verir.

Onun əsərlərinin digər xarakterik xüsusiyyəti cinayətkarlıq və onun səbəbləri, cinayət və cəza barədə orijinal baxışlarının olmasıdır ki, insanı istər-istəməz fəlsəfi refleksi vəziyyətinə qərq edir. Bu vəziyyət onu cinayətkarlığın genezisi və cəzanın ontologiyasının ucsuz-bucaqsız aləminə aparır, insan üçün yalnız cinayətin və ya onun teoloji aspektlərin kəşf olunmamış sahələrini açmır, həm də şüuraltı olaraq insanı bu əbədi sosial-hüquqi fenomenlər haqqında daha dərindən düşünməyə sövq edir.

Bizə elə gəlir ki, İ. Rəhimovun fundamental əsərlərində ifadə etdiyi bu son dərəcə maraqlı düşüncələrin əksəriyyəti onun "xalis zəkasının", İmmanuel Kantın yazdığı kimi, "təcrübə ilə qarışdırılmamış zəkanın" məhsuludur. Başqa sözlə, professorun ayrı-ayrı fəlsəfi mülahizələrinin və özünəməxsus hüquqi düşüncə formalarının dərin təhlili göstərir ki, onlar təkcə hissi təəssüratların nəticəsi və ya toplanmış peşəkar və həyati təcrübənin birbaşa nəticəsi deyil. Çünki hiss orqanları vasitəsilə və mövcud reallıqlar çərçivəsində müəllifin əsərlərində təqdim olunmuş dərin düşüncələri formalaşdırmaq praktik olaraq mümkün deyildir.

Fikrimizcə, bu yalnız idrak səviyyəsində, yəni rasional təfəkkür mərhələsində mümkündür. Bu mərhələ sonsuz Kainat məkanına və zamanın qarşısıalınmaz axınına ahəngdar şəkildə daxil olmaqla, bir tərəfdən, gürcü filosofu Merab Mamardaşvilinin yazdığı kimi, “qapalılığa yol açır” və tədqiqatcının fikirlərini ifadə etməyə imkan verir, digər tərəfdən, onu müəyyən müddətə ənənəvi araşdırma metodlarından uzaqlaşmağa və elmi biliklər sistemində mövcud olan reallıq üfüqlərindən kənara baxmağa sövq edir.

Son dərəcə orijinal idraki araşdırma metodu müəllifə əsərlərində cinayətkarlıq problemlərinin və onun səbəblərinin daha dərin qatlarına, dini baxışlar və fəlsəfi kateqoriyalar kontekstində cinayətin genezisinə və cəzanın etiologiyasına nüfuz etməyə imkan vermişdir. Konkret araşdırmalarının mövzu sahəsini geniş şəkildə açmaq üçün istifadə etdiyi bütün bu metodoloji alətlər əsərlərinə xüsusi cazibə və qeyri-adi maqnetizm bəxş edir. Məhz buna görə nəşr etdirdiyi kitablar oxucunun diqqətini özünə cəlb edir və cinayətşünaslığın bu və ya digər əsas aspektləri üzrə fəlsəfi, mənəvi-əxlaqi və sırf hüquqi mülahizələrinə daha dərindən varmaq kimi qarşısıalınmaz istək yaradır.

Professor Rəhimovun əsərlərinin orijinallığından bəhs edərkən daha iki vacib məqamı nəzərdən qaçırmaq olmaz. Bunlardan birincisi biblioqrafiya ilə bağlıdır. Bu, birincisi, alimin monoqrafiyalarında istifadə edilən qədim və müasir dövr ədəbi mənbələrinin böyük həcmdə olması (bunu əsərlərdəki çoxsaylı haşiyə yazıları da sübut edir), ikincisi, alimin tədqiqat mövzularının çoxşaxəli olması (fəlsəfə və ilahiyyat, sosiologiya və psixologiya, tarix və deviantologiya, cinayət hüququ və kriminologiya, cəza-icra hüququ və proqnozlaşdırma nəzəriyyəsi və s.), üçüncüsü, əsərlərinə istinad etdiyi müəlliflərin coğrafi koordinatlarıdır (professorun kitablarında təkcə postsovet məkanında deyil, həm də Avropa və Şimali Amerika, Asiya və Yaxın Şərq ölkələrində nəşr olunmuş əsərlər təqdim olunur).

Bu mühüm metodoloji komponent müəllifin nəşr olunmuş hər bir monoqrafiyası üzərində ilkin işinin miqyasından xəbər verir. Oxucu razılaşır ki, onun vəzifəsi təkcə cinayətkarlıq və onun səbəbləri, cinayət və cəza mövzusunda bu böyük ədəbi mənbələri əvvəlcədən oxumaq, mahiyyətini anlamaq, lazımi qeydləri aparmaq və sairədən ibarət deyildir, həm də müəllif düşüncəsinin daxili məntiqini pozmadan onları araşdırma mətninin strukturuna ahəngdar şəkildə daxil edib,əlyazmalarda yaradıcı şəkildə istifadə etməkdir.

Nəzərdən keçirilən tədqiqatın əhəmiyyəti İ.Rəhimovun cinayət və cəza haqqında müxtəlif elmi düşüncə mənbələrindən əldə etdiyi yeni biliklərlə yalnız özünü zənginləşdirilməsində deyil, eyni zamanda, oxucuya da bu cür imkanın yaradılmasıdır. Təhlili aparılmış əsərlərin digər bir üstünlüyü onların digərləri ilə yanaşı, gənc nəsil hüquqşünaslar üçün fəlsəfə, sosiologiya, din və hüquq arasındakı əlaqə məsələləri, o cümlədən müqəddəs kitabların və qədim dövrlərin hüquq mədəniyyəti nümunələrinin cəza nəzəriyyəsinin formalaşmasındakı rolu üzrə maarifləndirmə mənbəyi olmasıdır.

İkinci məqam, müəllifə xas olan yüksək mədəniyyət və qüsursuz elmi etika sayəsində araşdırmalarında əsərlərinə müraciət etdiyi müəlliflərlə qiyabi ünsiyyətində sərgilədiyi tonallığıdır. Xüsusən, professor cinayət və cəza ilə bağlı bu və digər mürəkkəb dini və ya dünyəvi məsələləri nəzərdən keçirərkən baxışlarına müraciət etdiyi opponentlərinin fikirlərinə olduqca düzgün yanaşır. Monoqrafiyanın məzmunundan da göründüyü kimi, o, hətta istinad etdiyi alimlərin mövqeyindən prinsipcə fərqli mövqe sərgilədiyi hallarda belə, olduqca tolerant olur.

Təbii ki, monoqrafiyalarının hazırlanması prosesi, onların konsepsiyasının və arxitektonikasının qurulması və s. kimi bütün bu cür xüsusiyyətləri yalnız "həyatını oxşar məqsədlərə həsr etmiş" şəxslər layiqincə qiymətləndirə bilərlər (А. Eynşteyn)

***

İ. Rəhimovun elmi yaradıcılığının xüsusiyyətlərini təhlil edərkən və əsərlərinin yarandığı yaradıcılıq “mətbəxinə” qısa bir ekskursiya edərkən, onun Azərbaycanda cinayət hüququ nəzəriyyəsi, kriminologiya və cinayət hüququ sahəsində milli elmi kadrların formalaşmasındakı əvəzsiz rolunu xüsusi vurğulamaq lazımdır. Belə ki, professorun elmi-metodiki və təşkilati-məsləhətçi dəstəyi sayəsində fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramı üzrə onlarla doktorant təkcə doğma Vətəndə deyil, həm də digər ölkələrdə yazmış olduqları dissertasiya işlərini uğurla müdafiə etmişlər.

Professor Azərbaycanda cinayətkarlığa qarşı mübarizə üzrə dövlət strategiyasının formalaşdırılmasına da əvəzsiz töhfə vermişdir. O, ölkənin məhkəmə sisteminin islahatına dair ilk konsepsiyanın (1993), cinayətkarlığa qarşı mübarizə üzrə dövlət proqramının (1994), cinayətkarlığa qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, cinayət qanunvericiliyinin liberallaşdırılması, cinayətlərin təkrar törədilməsinin qarşısının alınması, cəzanın humanistləşdirilməsi və s. məsələlərə dair analitik qeydlərin müəllifidir.

Vətənin əsl təəssübkeş övladı kimi İlham Rəhimov xaricdə Azərbaycan cinayət hüququ və kriminologiya məktəbinin nailiyyətlərini yorulmadan təbliğ edir, mütəmadi olaraq alim və mütəxəssislərin müxtəlif beynəlxalq forumlarında müasir cinayət siyasəti və cinayət hüququnun konseptual problemləri, cinayətkarlıq və onun səbəbləri, cinayət və cəza mövzularında məruzələrlə çıxış edir.

Nəhayət, professor İ. Rəhimovun Azərbaycanda və onun hüdudlarından kənarda müasir cinayət hüququnun inkişafına verdiyi töhfədən danışarkən, onun Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti vəzifəsində həyata keçirdiyi beynəlxalq fəaliyyəti də nəzərdən qaçırmaq olmaz. Burada xüsusi olaraq məhz onun tərəfindən hər il mütəmadi olaraq təşkil olunan beynəlxalq elmi konfransları vurğulamaq istərdik. Konfranslar yalnız Bakıda deyil, həm də Qara dəniz və Xəzər dənizi regionunun digər ölkələrində keçirilir. Bu cür nüfuzlu elmi forumların dəyəri təkcə postsovet məkanı və ya Şərqi və Qərbi Avropanın bir çox ölkələrinin aparıcı alimlərinin onların işində fəal iştirak etməsində deyildir. Dünyanın hüquq mədəniyyətinin müxtəlif qruplarını təmsil edən hüquqşünas alimlərinin bu cür konfransları iştirakçılara yalnız bir-biri ilə birbaşa ünsiyyət qurmağa imkan vermir, həm də bu və digər hüquqi fundamental problemlər barədə fikir mübadiləsi aparmağa, xarici həmkarları ilə mədəniyyətlərarası qarşılıqlı əlaqələri dərinləşdirməyə, hüquqi ənənələri və cinayətkarlığa qarşı mübarizə sahəsində nailiyyətləri ilə tanış olmağa, bu və ya digər iştirakçının məruzəsi ətrafında müzakirələrdə birbaşa iştirak etməyə və s. şərait yaradır.

***

Əlbəttə, dünyaca məşhur olan alimin şəxsiyyətini və elmi yaradıcılığını qısa bir yazı çərçivəsində hərtərəfli təsvir etmək mümkün deyildir. Buna görə də, yubilyar haqqında qısa essemizi yekunlaşdırır və yalnız bir söz deyirik: “Doğum gününüz mübarək, İlham Rəhimov!”

Rusiya Elmlər Akademiyasının akademiki,                                                        Xabriyeva T.Y.

Rusiya Federasiyasının əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

Rusiya Elmlər Akademiyasının akademiki,                                                        Savenkov A.N.

Rusiya Federasiyasının əməkdar hüquqşünası,

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

Rusiya Elmlər Akademiyasının müxbir üzvü,                                                     Kropaçev V.N.

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

Rusiya Elmlər Akademiyasının müxbir üzvü,                                                         Toşenko J.T.

fəlsəfə elmləri doktoru, professor (Moskva, Rusiya)

                                                                                      

Dağıstan Respublikası Xalq Məclisinin sədri                                                  Askenderov Z.A.

(Mahaçqala, Rusiya)

Türkiyə Prezidenti Administrasiyasının

hüquq məsələləri üzrə baş müşaviri                                                                      Özlem Zengin.

(İstanbul, Türkiyə)

"Slavyanlar" Fondunun sədri                                                                            Zaxari Zaxariyev.

professor (Sofiya, Bolqarıstan)

Yunan Proqressiv Vəkillər Birliyinin sədri                                                        Rachiotis Z.Y.

(Afina, Yunanıstan)

Avrasiya Təşəbbüsləri və Əməkdaşlıq Assosiasiyasının prezidenti                        Toğrul Vəli.

(İstanbul, Türkiyə)

Rusiya Federasiyasının Əməkdar elm xadimi,                                                    Kurbanov R.A.

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

            Qazaxıstan Respublikasının Əməkdar elm xadimi,                                             Alauxanov E.O.

            hüquq elmləri doktoru, professor (Astana, Qazaxıstan)

Rusiya Federasiyasının Əməkdar elm xadimi                                                      Çuçayev A.İ.

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

Azərbaycan Respublikasının Əməkdar müəllimi                                                  Quliyev İ.O.

hüquq elmləri doktoru, professor (Bakı, Azərbaycan)

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,                                                     Bastrıkin A.İ.

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)

Belarus Respublikasının Əməkdar hüquqşünası                                                     Xomiç V.M.

hüquq elmləri doktoru, professor (Minsk, Belarus)

Rusiya Federasiyasının Əməkdar hüquqşünası,                                                     Pligin V.N.

hüquq elmləri doktoru, professor (Moskva, Rusiya)


             Sankt-Peterburq Beynəlxalq Kriminologiya Klubunun                                            Ələkbərov X.D.

fəxri professoru, hüquq elmləri doktoru, professor

(Bakı, Azərbaycan)

Hüquq elmləri doktoru, professor,                                                                          Abbas Maleki.

(Tehran, İran)

Hüquq elmləri doktoru, professor                                                                      Süleymanov C.İ.

           (Bakı, Azərbaycan)

Hüquq elmləri doktoru, professor                                                                            Əliyev N.K.

           (Bakı, Azərbaycan)

Hüquq elmləri doktoru, professor                                                                 Rəhmajonzodə R.R.

           (Düşənbə, Tacikistan)

Hüquq elmləri doktoru, professor                                                                      Aleksandr Çiriç.

           (Niş, Serbiya Respublikası).

(Musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri