Icma.az
close
up
RU
Dünyanın varlı adamları bu kiçik şəhərdə istirahət edir Onun sirri nədir?

Dünyanın varlı adamları bu kiçik şəhərdə istirahət edir Onun sirri nədir?

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildə İtaliyaya 60 milyondan çox turist səfər edib. Onların arasında dünyanın ən varlı insanı, "Tesla" şirkətinin baş direktoru İlon Mask da olub. 
Demokrat.az xəbər verir ki, bu barədə "Daily Express" məlumat yayıb.
Portofino - İtaliyanın Rivyera bölgəsində yerləşən kiçik, lakin füsunkar bir şəhərcikdir. Sahil boyu sıralanmış rəngarəng binaları ilə tanınan bu kurort əsrlər boyu məşhurlar və varlı şəxslər üçün cəlbedici bir məkan olub.
Bildirilir ki, buraya dünyanın ən zəngin insanları tez-tez istirahətə gəlir. İlon Mask burada oğlu Sekson ilə birgə restoranda yemək yeyərkən görünüb. Onun keçmiş həyat yoldaşı, müğənni və bəstəkar Qrayms isə onların digər övladı X ilə şəhərdə gəzinti edərkən müşahidə edilib.
Portofino unikal xüsusiyyətləri ilə sakit və lüks istirahət üçün ideal seçim hesab olunur. Şəhərdə cəmi 500 nəfər yaşayır ki, bu da onun nə qədər sakit və dinc bir yer olduğunu göstərir.
Burada görməli yerlərin və əyləncələrin sayı da kifayət qədər çoxdur. Təbiət mənzərələrini seyr edərək gəzintiyə çıxmaq mütləq tövsiyə olunur. Bundan əlavə, şəhərdə mütləq ziyarət edilməli tarixi məkanlar da var.
Dəniz parkının mərkəzində yerləşən məşhur "Dərinliklərin İsa Məsihi" heykəli belə yerlərdən biridir. Bronzadan hazırlanmış bu möhtəşəm abidə 17 metr dərinlikdə suyun altında yerləşir və bölgənin ən məşhur dalğıc nöqtələrindən biri hesab edilir.
Şəhərdə üç füsunkar çimərlik - Niaska, Kennon-Bey və Olivetta yerləşir. Burada dincələrək təbiətin gözəlliklərindən həzz almaq mümkündür. Su əyləncələrindən və çimərliklərdən əlavə, Portofinonun küçələri butiklər, incəsənət qalereyaları, kafelər və restoranlarla doludur.
Mütəxəssislər bildirir ki, şəhəri kəşf etməyin müxtəlif yolları var – bu, istər kayak gəzintisi, istər qayıq turu, istərsə də üstü açıq avtobusla ekskursiya olsun. Hər kəs özünə uyğun olan variantı seçərək Portofinonun hər bir guşəsini kəşf edə bilər.
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri