Icma.az
close
up
RU
Dünyanın yeni dərin incəlikləri

Dünyanın yeni dərin incəlikləri

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İnsanlıq və dünya siyasəti əvvəlki dünyadan fərqli hala gəldi və biz bunun səbəblərinin, müsbət keyfiyyət və fəsadlarının çox zaman fərqinə varmırıq. Dünya çox dəyişdi, çünki insan düşüncəsi dəyişdirildi. Əvvəllər dünyagörüşü insan beynində ailə, məktəblər və dövlətlər formalaşdırırdı, indi internet, sosial media, süni intellekt formalaşdırır. Saniyələr içində hər hadisədən xəbərdar oluruq. Güc siyasətinin mahiyyəti dəyişdi. Əvvəllər əsas güc torpaq, əhali, ordu ilə ölçülürdü. Bu gün texnologiya, enerji, logistika və kiberməkan gücün əsas elementləridir. Ona görə hər hansı ölkədə baş verən iqtisadi-siyasi hadisə digər ölkələrə sürətlə yayılır və nəticəsi olaraq da dünya bir-birinə möhkəm bağlanıb, hətta insan hüquqları haqqında təsəvvürlər dəyişib. Fərdi azadlıqlar yanlış səmtə yönəlsə də, cəmiyyət üçün bəzən fəsadlar törətsə də, müdafiə təsəvvürü tamamilə fərqlidir. Hal-hazırda biz bunun fəsadlarını, neqativ görüntüsünü yaşayırıq. Sürətli informasiyaların yayılması həm gücə, həm də təhlükəyə çevrilib. İndi informasiya savaşı və ictimai rəyin formalaşması, idarə olunması beynəlxalq siyasətin bir hissəsi və prioritetidir. Artıq güc yalnız güclü dövlət və zəif dövlət münasibəti ilə izah olunmur və beləliklə, bu dərin incəliklər və dəyişikliklər yarandı. Ona görə də insanın dünyanı qavrama üsulu dəyişib. Biz buna əmin olaq ki, dünya tək xarici görünüşdən dəyişməyib. İndi artıq ağıllı texnologiya, informasiya, iqtisadi imkan, mənəvi təsir uğrunda mübarizə gedir, təkcə ərazilər uğrunda deyil və bu proseslərin hamısını nəzərə alıb köhnə düşüncə ilə yeni dünyanı idarə etmək mümkün deyil. Qarşılıqlı iqtisadi asılılıq artıb, milli maraqlar daha əhatəli , çoxvektorlu, şaxəli olub. Təsəvvür edin ki, su belə milli maraqların əhatəsinə çevrilib. Ona görə də bu gün yeni dünya düzəni və beynəlxalq nizamın yeni reallıqları ortaya çıxıb.Dünyanın dəyişməsi labüddür. İndi bu günün reallıqlarını nəzərə alan milli maraq və mənafelərimizi, o cümlədən təhlükəsizliyimizi qorumaq üçün o dəyişikliklərə paralel olaraq yaradılan yeni strateji xətti müdafiə etməliyik. Yoxsa hələ də 90-cı illərdə qalmış, köhnə təfəkkürün sönmüş, məhv olmuş qalıqları ilə dünyanı, ölkəni idarə etmək olmaz.
Diletantlıqdan uzaq, dilemmanı düzgün oxuyan, diqqətli diplomatiyanı, prinsipial mövqeyi, strateji çevikliyi müdafiə edən bir siyasi dəst-xəttin yanında olmalıyıq, necə ki, indiyə qədər olmuşuq və nəticələr də göz qabağındadır. Cənab Prezident İlham Əliyevin strateji xəttinin mahiyyəti məhz bu incəlikləri, dəyişən dünyaya uyğun Azərbaycanın coğrafi ve geosiyasi reallığını əks etdirən ciddi, mürəkkəb, amma faydalı siyasi yanaşmadır. Biz gördük ki, diplomatik zamanlamanı düzgün qiymətləndirməklə, planlamaqla, nə dediyindən daha çox, nə vaxt demək lazım olduğunu, hansı şəraitdə addım atmağını dəqiq, diqqətli hesablamaqla biz dövlətimizin aktivinə ciddi uğurları yazdıq. Ölkənin lideri prinsipiallıq göstərib, qırmızı xətlərimizi qorudu, strateji maraqlarımızdan bir addım geri çəkilmədi. Beləliklə, biz uğurları yeni dünyaya keçid dövründə dərin düşüncə və müdrikliklə qazandıq. Bütün nailiyyətlərimizin kökü məhz ora bağlıdır.
Ramil Hüseynov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Avqust 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri