Duqin: Trampa qarşı bu addım vətəndaş müharibəsinə səbəb olacaq
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp yeni “Trampizm” ideologiyasının simvoluna çevrilib və siyasətçiyə qarşı yeni sui-qəsd cəhdi halında hər şey ölkədə vətəndaş müharibəsinə səbəb ola bilər.
Ölkə.Az xəbər verir ki, bunu rusiyalı politoloq və Putinin fikir atası hesab edilən Aleksandr Duqin deyib.
“Trampizm hazırda Amerika cəmiyyətində yüksələn xətt üzrə davam etməkdədir. Trampizmi, sadəcə, sui-qəsd cəhdi ilə aradan qaldırmaq mümkün deyil. Bu, artıq reallıqdır”, - politoloq bildirib.
Duqin əmindir ki, Trampa qarşı istənilən radikal qərar ABŞ-də vətəndaş müharibəsinə səbəb olacaq.
Politoloqun fikrincə, vitse-prezident təyin edilən J.D.Vens, İlon Mask, Robert Kennedi və Tulsi Qabbard kimi insanların peyda olmasından sonra Trampın bir simvol, ideya və bir trenddir.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 22 Yanvar 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















