Icma.az
close
up
RU
Duqin Putinə qarşı qiyam qaldırır? (ŞƏRH)

Duqin Putinə qarşı qiyam qaldırır? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kremlin əsas ideoloqlarından sayılan rusiyalı filosof Aleksandr Duqin müasir Rusiyanın siyasi idarəetmə böhranını sərt tənqid edib. O, bu günkü durumu Rusiya imperiyasının son illəri və SSRİ-nin yenidənqurma dövrü ilə müqayisə edərək deyib ki, o zaman da formal hakimiyyət var idi - Çar, Siyasi Büro, KPSS, KQB və ərazilər üzərində nəzarət mövcud olsa da, strateji rəhbərlik yox idi. 

Duqin indi də eyni vəziyyətin yaşandığını bildirib: "Çar var, amma beyin yoxdur. Ölkə başsız toyuq kimi hərəkət edir".

Bu açıqlama ekspertlər tərəfindən birbaşa Vladimir Putinə yönəlmiş siyasi ismarıc kimi qiymətləndirilir. Çünki Putinin son illərdə əsas məqsədi Rus İmperiyasını genişləndirmək, "tarixi sərhədləri” bərpa etmək idi. O, bu iddia ilə Ukraynaya hücum etdi, "Şərqi slavyanların birləşdirilməsi” planını irəli sürdü. Lakin artıq 3 il yarımdır davam edən qanlı müharibə iki slavyan xalqını qarşı-qarşıya qoymaqla yanaşı, Rusiyanı beynəlxalq arenada tam təcrid vəziyyətinə salıb. Qərb dövlətləri sərt sanksiyalar tətbiq edib, Moskva diplomatik və iqtisadi blokada ilə üz-üzə qalıb.

Putinin yanlış siyasəti nəticəsində Rusiya təkcə nüfuz dairəsini genişləndirə bilmədi, əksinə, onu daraltdı. Cənubi Qafqazda əsas forpostu olan Ermənistanı itirdi, Azərbaycanla münasibətlər kəskin gərginləşdi. Bu, Rusiyanın regiondakı təsir imkanlarının xeyli zəifləməsi ilə nəticələndi.

Duqinin "Çar var, amma beyin yoxdur” ifadəsi, əslində, Kremlin mövcud strategiyasının iflasa uğradığını və idarəetmədə ideya boşluğunun yarandığını açıq şəkildə göstərir.

Qeyd edək ki, Duqin Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqının əsas memarlarından hesab olunur. Rusiya məğlub olduğunu anlayır və Rusiyanın içəridən dağılmağın qarşısını almağın yollarını arayır və odur ki, Duqin kimilər belə populist təkliflərlə çıxış edir. 

Sovet dönəmində isə Avrasiyaçılıq - Rusiyanın ABŞ-a qarşı Avropa və Asiyada duruş gətirə bilmək ideologiyasına çevrildi. Əslində çox cazibəli görünən və hətta məsələn, Lev Qumilyov kimi məşhur tarixçi-türkoloqların da müdafiə etdiyi bu nəzəriyyənin kökündə, ilk növbədə Rusiyanın imperialist maraqları dururdu. Hər bir idealist-siyasi nəzəriyyə zamanın acımasız təsiri ilə daha real şəkil aldığı kimi, Avrasiya nəzəriyyəsi də getdikcə öz ilk "günahsız" simasını dəyişərək, bu gün açıq şəkildə Rusiyanın siyasi iddialarını Qərbə nümayiş etdirmək formasını aldı. Rusiya Qərbə təzyiqini gücləndirmək və post-sovet bölgəsində hələ də söz güc və nüfuz sahibi olduğunu göstərmək istəyir. Avrasiya İttifaqı məhz bunu Qərbə nümayiş etdirməyin forması olaraq Kreml tərəfindən ortaya atılıb. Lakin model, belə görünür ki, Rusiyaya dividendlər qazandırmaq yerinə əlavə "baş ağrısı" gətirir. Avrasiya İttifaqı Gömrük Birliyindən fərqli olaraq siyasi ittifaq kimi nəzərdə tutulurdu. Hətta Qazaxıstanın İttifaqın fəaliyyət istiqamətləri və prinsipləri ilə bağlı ciddi iradları olduğu aydın oldu. 

Nəticədə Rusiyanın Qərbə alternativ güc olaraq fomalaşdırmaq üçün neçə zamandır ki, səy göstərdiyi siyasi birlik modeli, iqtisadi alyansa çevrildi.

İqtisadi alyans məsələsi də, Moskva üçün müəyyən problemlərə yol aça bilər. Belarusun və Qazaxıstanın iqtisadi mənada Rusiyadan gözləntiləri var. Ukrayna ilə işğalçı müharibə aparan Moskvanın Qərbin ciddi iqtisadi sanksiyalarla üzləşməsi fonunda, atıla biləcək addımlar fatal nəticələr verə bilər. 

Aleksandr Duqin mətbuata açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda bağlanmış sülh sazişi Rusiyanın Cənubi Qafqazdakı siyasətinin iflasıdır. Rusiya regionda nüfuzunu itirib, günahkarlar isə cəzasız qalır. Səhvləri etiraf etmək və böyük dövlət statusunu "bərpa etmək” vaxtıdır:

"Biz artıq postsovet məkanına da nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizimlə kim hesablaşacaq? Bu, sadəcə olaraq məğlubiyyət deyil, hər bir rusun üzünə vurulan şillədir. Paşinyanı və İlham Əliyevi günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz. Etiraf etməliyik ki, biz uduzduq, çünki danışıqları düzgün adamlara həvalə etmədik. Əgər bunu alçaldıcı hal kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkar cavab verməlidir. Ya biz öz maraqlarını müdafiə etməyə qadir olan imperiyayıq, ya da "müttəfiqlərimizin" bizə xəyanəti ilə barışmalıyıq. Ədalət olmasa, gələcəyimiz də yoxdur".

Siyasət şöbəsi


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Avqust 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri