Icma.az
close
up
RU
Azərbaycanda tibbi sığorta ilə bağlı MÜHÜM YENİLİK

Azərbaycanda tibbi sığorta ilə bağlı MÜHÜM YENİLİK

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda tibbi sığorta sistemində yeni mərhələ başlaya bilər. Mərkəzi Bank tibbi sığortanın icbari və könüllü seqmentini bir mexanizmdə birləşdirən yeni model hazırlayır. Sözügedən qurumun Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusundakı tədbirdə bildirib ki, qurum hazırda icbari və könüllü tibbi sığortanın inteqrasiya olunduğu model üzərində işləyir: "Bu model bir sıra ölkələrdə mövcuddur. Hazırda biz onun tətbiqi üzərində çalışırıq. Məqsədimiz digər ölkələrin uğurlu təcrübəsinə uyğun olaraq icbari tibbi sığortanın imkanlarından istifadə etməklə sığorta şirkətlərinin risklərini azaltmaq, tibbi sığortaya əlçatanlığı artırmaqdır. Eyni zamanda, tibbi sığorta haqqının daha əlçatan olması istiqamətində layihəmiz var".

Hazırda könüllü tibbi sığorta paketləri yalnız kommersiya əsasları ilə təqdim olunur və qiymətlər vətəndaşın büdcəsinə ciddi təsir edir. Yeni model isə bu xərc yükünün bir hissəsinin icbari sistemlə inteqrasiya olunaraq optimallaşdırılmasını nəzərdə tutur.

"Yeni Sabah" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Bəs görəsən, bu mexanizm necə işləyəcək? Bu addımın atılmasında məqsəd nədir? Faydası nə olacaq?

Ekspertlərin fikrincə, icbari və könüllü tibbi sığortanın bir mexanizmdə birləşdirilməsi həm bazarın liberallaşmasına, həm də tibbi xidmətlərdə rəqabətin artmasına səbəb ola bilər. Eyni zamanda, qiymətlərin stabilləşməsi, könüllü sığorta paketlərinin daha əlçatan olması və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi gözlənilir. Bu modelin tətbiqi sığorta şirkətlərinin maliyyə yükünü azaltmaqla, bazarın dayanıqlığını da gücləndirə bilər.

Beynəlxalq təcrübə nə deyir?

Dünyanın bir sıra ölkələrində tibbi sığortanın icbari və könüllü seqmentlərinin birgə tətbiq olunduğu hibrid model uzun illərdir mövcuddur. Xüsusilə Sloveniya bu sahədə ən uğurlu nümunələrdən biri hesab olunur. Ölkədə icbari sığorta bazanı təmin edir, könüllü sığorta isə həmin bazanın əhatə etmədiyi xidmətlərin xərclərini qarşılayır və sistemdə risklər dövlət fondu ilə özəl sığorta şirkətləri arasında bölüşdürülür. Niderlandda da icbari sığorta bütün əhalini əhatə edir, könüllü paketlər isə əlavə xidmətləri təmin edir və onların maliyyələşməsi icbari fondla inteqrasiya olunmuş mexanizmlərlə tənzimlənir. Fransa isə könüllü tibbi sığorta haqlarının bahalaşmaması üçün müəyyən sosial qruplara dövlət dəstəyi təqdim edir. Bu təcrübələr göstərir ki, iki sistemin bir modeldə birləşdirilməsi həm xidmətə çıxışı genişləndirir, həm də vətəndaşın üzərindəki maliyyə yükünü azaldır.

Gələcəkdə faydalı ola bilər

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva bildirir ki, hələlik bu iki sığorta seqmentini bir mexanizmdə birləşdirən model yoxdur: "Özəl sığorta şirkətləri tamamlayıcı sığortanı edə bilərlər. Məsələn, dövlət tibb müəssisələrində vətəndaş üçün hər hansı xidmət zərfinə daxil edilməyən tibbi xidmətin göstərilməsi tələb olunursa, onun üzərində özəl sığorta əlavə paket hazırlaya və xərcləri qarşılaya bilər".

"Ən yaxşısı icbari tibbi sığortanı normal vəziyyətə gətirməkdir"

Tibb elmləri doktoru, professor Adil Qeybulla vurğulayır ki, ilk növbədə icbari və könüllü tibbi sığortanın mahiyyətini dəqiq fərqləndirmək vacibdir. Onun sözlərinə görə, icbari tibbi sığorta əhalinin bütün təbəqələri üçün tibbi xidmətlərin əlçatanlığını təmin edən sosial müdafiə formasıdır və bu, çox vacib bir tibbi xidmət növüdür: "Könüllü sığorta isə dövlətin iştirakı olmadan, tərəflərin razılığı ilə bağlanan sığortadır. İnsanlar bunu bağlaya da, bağlamaya da bilərlər. Məsələn, avtomobildə kasko sığortası kimi. Bu sığorta vətəndaşın öz təşəbbüsü ilə həyati riskləri nəzərə alaraq konkret klinikada əldə etdiyi bir xidmət formasıdır ki, xəstəlik yarandıqda həmin klinikaya müraciət edə bilsin. Ən çox xroniki ağır xəstəliklər, ürək çatışmazlığı və ağciyər xəstəlikləri olan şəxslər tərəfindən istifadə olunur. Çünki bu xəstələr istənilən an tibbi xidmətə ehtiyac duya bilərlər. Buna baxmayaraq, bu xəstəliklərin müalicəsinin xərcləri, həmçinin icbari tibbi sığorta ilə qarşılanır. Sadəcə, imkanı olan şəxslər işlərini rahat qurmaq üçün könüllü sığortadan da yararlanırlar. Xarici təcrübədə tibbi xidmətlər bahalı olduğundan, könüllü sığortaya sərf olunan vəsait də az deyil".

A.Qeybulla düşünür ki, icbari və könüllü tibbi sığortanı birləşdirmək mexanizmi hələ aydın deyil və ən yaxşısı icbari sığortanı normal vəziyyətdə qurmaq, könüllü sığortanı isə fərdi şəkildə, istəyənlərin istifadə etməsi üçün saxlamaqdır.

Daha çox çeşiddə tibbi xidmət

Sığorta məsələləri üzrə ekspert Ramil Kərimov isə bildirir ki, könüllü və icbari sığortanın birləşdirilməsi təminat dairəsini genişləndirmək baxımından faydalı olar: "İcbari sığorta zərflərində bəzi xəstəliklər nəzərdə tutulmayıb və təminata daxil deyil. Həmin risklərdən könüllü qaydada sığortalanmaq vacibdir. Hazırda planlaşdırılan birləşmə ilə demək olar ki, bütün könüllü sığorta növləri təminat siyahısına daxil ediləcək. Bunun nəticəsində vətəndaşlara daha geniş əhatəli tibbi xidmətlər təqdim olunacaq. Eyni zamanda, bəzi klinikalar hələ də icbari sığorta ilə əməkdaşlıq etmir və daha çox könüllü sığorta paketləri ilə işləyirlər. Bu tibb müəssisələri iri şirkətlərlə əməkdaşlıq quraraq vətəndaşlara daha üstün və keyfiyyətli təminat paketləri təqdim edirlər. Birlikdə işlədikdə, bu model bütün sığorta növlərinə aid təminatları əhatə edə bilər. Hazırda könüllü sığorta üzrə şirkətlərin təminat dairəsi və sığorta qaydaları Mərkəzi Bank tərəfindən tənzimlənir və şirkətlər bu təminatı həyata keçirmək üçün icazə almalıdırlar".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Dekabr 2025 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri