Icma.az
close
up
RU
Duran “Qarabağ”dan “Seltik”ə keçidini milliyə dəvətdə mühüm amil saydı

Duran “Qarabağ”dan “Seltik”ə keçidini milliyə dəvətdə mühüm amil saydı

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Şotlandiyanın “Seltik” futbol komandasının hücumçusu, “Qarabağ” klubunun sabiq üzvü Kamilo Duran Kolumbiya millisinə dəvət almasında yeni klubuna keçidinin böyük rol oynadığını deyib.

İdman.Biz “Scotsman”a istinadən xəbər verir ki, 24 yaşlı kolumbiyalı yayda “Qarabağ”dan altı milyon funta (13,7 milyon AZN) transfer olunub. Duranın sözlərinə görə, yeni liqada və böyük klubda çıxış etməsi milli komandadakı perspektivinə təsir göstərib. O, “Seltik”də yüksək səviyyədə oynamağı davam etdirəcəyi təqdirdə yığmaya yeni dəvətlər alacağına ümid edir.

Hücumçu ötən həftə Kolumbiya millisində debüt edib. O, Paraqvaya 0:1 hesabı ilə uduzduqları ev oyununda iki dəqiqə, Peru üzərində 2:0 hesablı qələbədə isə 29 dəqiqə meydanda olub. Duran milli komandada oynamağın uşaqlıq arzusu olduğunu, o vaxt Hames Rodriges və Luis Diası özünə kumir saydığını söyləyib. Onun sözlərinə görə, bu iki oyunda istirahət verilən Dias növbəti toplanışda Çili ilə ev və səfər matçlarına qayıtmalıdır.

Futbolçu komanda yoldaşı Kasper Höqlə hücumda cüt oynamaq ehtimalına da münasibət bildirib. O, baş məşqçinin tapşırdığı istənilən mövqedə - cinahda, hücumun mərkəzində və ya “onluq” kimi çıxış etməyə hazır olduğunu deyib.

“Kasperlə irəlidə birlikdə oynaya bilərik”, - deyə Duran vurğulayıb.

Norveçin “Budyo-Qlimt” futbol klubundan 11 milyon funta (25,2 milyon AZN) alınan Höq yeni komandasında üç qol vurub və hamısını iki ay əvvəl “Kilmarnok”la oyunda keçirib. Baş məşqçi Martin O'Nil isə indiyədək iki hücumçu ilə oynamaqdan əsasən çəkinib.

Duran O'Nilin vəzifəsində qalmasından məmnun olduğunu da söyləyib. Şimali irlandiyalı mütəxəssisin millilərin oyunlarına görə yaranan fasilədə istefa verə biləcəyi barədə söz-söhbət yayılıb. Kolumbiyalı baş məşqçinin onu çox yaxşı qarşıladığını və özünə inam verdiyini bildirib.

Dalbadal üç məğlubiyyət alan “Seltik” bu gün Şotlandiya Premyerşipində səfərdə “Mazervell”lə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri