Icma.az
close
up
RU
Durların qanadında... acılardan umudlara...

Durların qanadında... acılardan umudlara...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ozan Şiar və Şahturna Ağdaşan cütlüyü ilə tanışlığımın maraqlı tarixçəsi var. Bu ilin Bahar bayramı günləri ərəfəsində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun təşkilatçılığı ilə beynəlxalq səviyyəli simpozium keçirilirdi. Orda çıxış edən qonaqlar arasında diqqətimi xüsusilə çəkən iki nəfər oldu: sonradan yaxından tanıyıb sevəcəyim, ailəlikcə dostlaşacağımız Şahturna və Şiar Ağdaşanlar...

İfaları çox bəyənildi. Kəsilmək bilməyən alqışlarla qarşılandı bu cütlüyün ifası. Nəsə ürəyimdə bir sevgi oyandı bu insanlara qarşı. Səbəbi?! Səbəbini tam dəqiqliyi ilə açıqlaya bilməyəcəyəm. Amma Şiar Ağdaşanın həyat yoldaşı - dünyanı, insanları bəsirət gözünün işığı ilə görüb-dəyərləndirən Şahturna xanıma bu zamanacan demək olar kimsədə görüb müşahidə etmədiyim xüsusi diqqət və qayğısı, sevgi və sayğısı nəzərimi elə çəkdi ki... Özü də var olacağım ömür və tale payının hər anı üçün qəlbimdə xüsusi yeri və izi ola biləcək sevilən doğma insanlar olacaqmış onlar.

Sövq-təbii iradəmin ziddinə getməli oldum. Simpoziumun açılış mərasimi bitər-bitməz yerimdən qalxıb bu cütlüyə doğru yeridim. Şiar bəy böyük ehtiramla Şahturna xanımın əlindən tutaraq bizimlə görüşdürür, hal-əhval tutmağımıza imkan yaradırdı. Qısa tanışlığımızdan sonra qəlbimdə qəfil bir istək baş qaldırdı: bu qan qardaş-bacımızı evimizdə qonaqlamaq, daha geniş və ətraflı tanış olmaq. Çünki onlar bu sevgi və sayğını haqq etmiş insanlardır. Uzaq Almaniyada türklük adına sərgilədikləri insani keyfiyyətlərlərin fövqündə durmaq missiyası bu cütlüyün alın yazısına çevrilib.

Təbii ki, dəvət elədim və bu səmimi dəvətimi Şiar bəy özünəməxsus səmimiyyətlə dəyərləndirdi; vaxtlarının çox az olduğunu desə də, gələcək doğmalıqlara stimul verən belə görüşlərin əldən qaçırılmaz olduğunu da dilə gətirdi. "İmkan daxilində hökmən sizin çayınızı içəcəyik, Qiymət xanım!" - dedi. Dedi və vədinə də əməl etdi Şiar bəy əfəndi.

Həmin gecəki görüşümüzə daha iki qonağımız qatılmışdı. Onların kimliyi də oxucularımız üçün maraqlı ola bilər: dostlarımız Nasir Səhənd (Təfazzöli) və Cavad Həssas. Hər ikisi əslən gözəlimiz Təbrizdəndirlər. Nasir bəy uzun illərdən bəriydi Almaniyanın paytaxtı Berlin şəhərində yaşayıb işləyirdi. Ona görə keçmiş zamanda yazıram ki, bu safdan-saf, durudan-duru qandaşımız artıq haqq dünyasındadır. R.Behbudov adına Mahnı Teatrında istedadlı qarmon ifaçımız Əli bəy Haqşünasın xatirəsinə düzənlənmiş anım gecəsində qəlbləri riqqətə gətirən möhtəşəm çıxışları ilə tamaşaçıları ovsunlayan bu könül dostumuz da təəssüflər olsun ki, haqqında bəhs etdiyimiz görüşdən az zaman sonra işıqlı dünyaya "əlvida" dedi...

...O gecə necə xoş bir əhvalda keçdi, bir görəydiniz! Həm də uzun illərdir bir-birindən xəbərsiz Almaniyada, daha dəqiqi, bu ölkənin paytaxtı Berlində yaşayan, türklüyümüzün ən gözəl keyfiyyətlərini şəxslərində yaşadan Nasir və Şiar dostluğunun o axşam təməli qoyuldu. Şirin söhbətlər, ruha qida verən baməzə atmacalar, bir-birindən xoş ifalar gecəmizi heç zaman unudulmayacaq nağıllar dünyasına köklədi. Şahturna və Ozan Şiar cütlüyünün qəlbindən süzülərək, sehrli barmaqlarının şövqüylə türk sazının pərdələrində pərvəriş tapan şirin təranələr ruhumuza axıb qanımızı coşdurmaqdaydı. Gah Şahturna xanımın qəlbə məlhəm şeirləri, ardınca şəlalə kimi çağlayan səsiylə vurduğu zəngulələri, gah Şiar bəyin bəzən həzin, bəzən də coşqun, şux ifaları, gah da hər iki millət aşiqinin dinləyənlərin könlünü riqqətə gətirən duet şərqiləri pərdə-pərdə isti ocağımızın türklük havasıyla nəfəs alan doğma divarlarında əks-səda verirdi.

Bir yerdə dayana bilmirdi istedadlı vokal ifaçısı Nasir qardaşımız. Ruhu sinəsini qabardırdı sanki. Bu millət yavrularının insanlıq eşqinə şərqilər qoşan ürəklərinə qoşulub göylərdə pərvazlanmaq eşqinə düşmüşdü.

Çox arzuladıq ki, birlikdə oxusunlar indi də. Sözümüzü yerə salmadılar. Yanaşı oturdular. Əsl möcüzə də ondan sonra başladı, nə başladı... Güney Azərbaycan və Türkiyə türklərinin xalq və bəstəkar mahnılarının ən gözəl, klassik nümunələri səsləndi o gecə. Bizə də şeirlərimizdən bir neçəsini türk sazının müşayiəti ilə demək qalırdı, onu da sevə-sevə etdik...

İlahi, millətin bir olması üçün böyük meydanlara, səhərdən-axşamacan başı-ayağı olmayan, ruhumuza yad proqramlar sərgiləyən efir və ekranlara heç bir ehtiyac yoxmuş! Millətin bütövləşməsi könüllər dünyasının bir arzuda, bir istəkdə, bir diləkdə birləşməsi, bir amal uğrunda coşub-çağlaması ilə mümkün olurmuş! Bu da insana və insanlığa sevgi hisslərinin ən ali duyğulara çevrildiyi anda təzahür edir!

"Şahturna xanım-Ozan Şiar-Nasir Səhənd triosu"nu təşkil edən əzizlərimiz o gecə nələr yaşadılar, sevənlərinə nələr yaşatdılar - bir biz bildik, bir də yaradanımız!

Xeyli vaxt keçib o zamandan. Həmin gözəl gecənin, Bahar bayramı ərəfəsində ocağımızın şənliyinə şənlik qatmış Şahturna və Ozan Şiar cütlüyünün, Təbrizin ətrini gecəmizə ərməğan etmiş Nasir bəy Səhənd və Cavad bəy Həssasla olan unudulmaz görüşümüzün dadı damağımızdan hələ də getməyib. Çox güman ki, nə qədər yaşayırıq, getməyəcək də!

Bayram əhvalımıza xoşluq, doğmalıq iksiri qatan dostlarımız ayrılarkən bizə gözəl bir fəlsəfi ruhlu kitab hədiyyə etdilər - Ozan Şiar Ağdaşan. "Acıdan Umuda - Güneşin kıskandığı Kervan". Biz də öz növbəmizdə "Bu dünya sənin yerindi" şeir kitabımızı bağışladıq dostlarımıza. Gələcəkdə davam edəcək yaradıcı əlaqələrimiz haqqında da xeyli söhbətlərimiz, sövdələşmələrimiz oldu. Bilirəm ki, işlərimizin çoxluğu səbəbindən o vaxtdan indiyəcən könül duyğularımı yazıya ala bilməməyimi, istədiyimiz kimi əlaqə saxlamağa imkan tapmamağımı Şahturna xanım da, Şiar bəy də üzrlü sayacaqlar. Deməliyəm ki, həmin unudulmaz görüşümüzdən keçən müddət ərzində elə gün olmayıb ki, dostlarımızı xatırlamayaq, hədiyyə etdikləri kitabdan hansısa şeir, yaxud yazını oxuyub təsirlənməyək. Var olsunlar!

Şiar bəygil öz yolculuqlarına başlamaqda olsunlar, biz də "Öyküler-anılar-şiirler-felsefi yazılar"ın toplandığı bu hikmət dünyasına baş vurmaqda...

Uzaq Almaniyaya Türk milli kimliyini daşıyan, bu kimliyi ləyaqətlə yaşadan, türklük ideyaları ilə yanaşı, bəşəri ideallara sadiqlik kimi yüksək insani keyfiyyətləri öz şəxsi həyat nümunələrində təcəssüm etdirən Şafak-Şirin-Şahturna-Şiar Ağdaşanların ailə tablosundan indi Şirin qızımız və Şahturna-Şiar cütlüyü boylanır. Şafak qızımızın dünyasını dəyişməsiylə bu yaşama və insanlığa sevdalı ailənin həyatında böyük təbəddülatlar baş versə də, türklük qüruru onları sınmaqdan xilas etdi. Onlar həyatın acısına umudla sinə gərdilər, həyatı həyat kimi yaşamağı bacardılar.

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində "Şahturna&Ozan Şiar Kültür ve Sanat Evi" fəaliyyət göstərir ki, bu mədəniyyət mərkəzinin həm qurucuları və həm də aparıcıları kimi türk mədəniyyət və incəsənətinin, ədəbiyyat və ifaçılıq sənətinin yaşadılmasında xüsusi xidmətlərinə görə biz bu müqəddəs amallar sahibi olan insanlara minnətdarıq. Almaniyadan "DüzgünTV" ekranlarından bütün dünyaya yayımlanan "Ozan Şahturna ve Ozan Şiar ile Turnaların kanadında" proqramının yaradıcıları olan Xalq Ozanı sevgili Şahturna xanıma və bu proqramın yönədicisi, qəzetçi, şair-yazar Ozan Şiar bəyə, baldan şirin balaları, istedadlı ifaçı Şirin Ağdaşana sağlam, xoşbəxt, uğurlu ömür və yaradıcılıq yolu arzulayırıq. Oxucularımıza təqdim etdiyimiz aşağıdakı nümunələr "Acıdan Umuda - Güneşin Kıskandığı Kervan" kitabından örnək olaraq götürülmüşdür. 

Şahturna AĞDAŞAN

Her şey pahalı, insan ucuz

Şu benim güzel ülkemde

Her şey pahalı, insan ucuz.

Kimi dertte, kimi demde,

Her şey pahalı, insan ucuz!

Odun gibi can yakıyor,

İnsancıklar hep bakıyor.

Oluk oluk kan akıyor,

Her şey pahalı, insan ucuz!

Hastaneler dolu kuyruk,

Kan pahası olmuş erik.

İnsandan pahalı ferik,

Her şey pahalı, insan ucuz!

Uzayan dallar kırılmış,

Güzel duygular vurulmuş.

İnsan pazarı kurulmuş,

Her şey pahalı, insan ucuz!

Şahturna bağrımda gama,

Tüm çeyreğe olmuş yama.

İnsan çok değerli, ama;

Her şey pahalı, insan ucuz,

Can ucuz, ten ucuz, kan ucuz!...

Ozan Şiar AĞDAŞAN

Aynı yolda gidenler iz bırakamaz!

Tarihe ve geleceğe yeni bir yol, yeni bir eylem, yeni bir söyləm gerek!

Ayni sözle evrim olmaz.

Aydınlığı sevgiyi parlatmak, ışığı yenilemek, paylaşımı öne çıkarmak.

Zira güneş her gün yenidən doğuyor.

Sevgili dostlar, ister siyasal, inançsal bazda, gerekse sanatsal, kültürel ve tüm bunları kapsayan insani boyutta...

Bilimin, ilmin ihtişamı, canda, tende, doğada sarmaş dolaş olmadıkça...

"Belki bir yerlerde, bir köşelerde kuş alıp salıverecek kadar yüreği yufka insanlar kalmıştır. Kim bilir belki..." (Yaşar Kemal)

Geçmişten günümüze uzanan mevcut şablonların "İnsan" mefkuresine ve gittikçe ayağımızdan kayan doğaya yeterli yanıtı vermediğine inanıyorum.

Bir değişim ve dönüşümün gerekli olduğunu varsayıyorum.

İnanmak istiyorum daha doğrusu.

20. yüzyılı uğurlayıp, 21. yüzyıla ayak bastığımız günümüzde; yeni bir söz, yeni bir öz ve yeni bir iz gerek!

...Heybemizde yeni söz, muştu (müjde) yüklü kervanımız yola revan oldu!

P.S. Yolunuz hər zaman açıq olsun, "Acıdan umuda" yol gedən karvanın sarbanları!

Qiymət MƏHƏRRƏMLİ

AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 iyun dünyanı dəyişə bilər ŞƏRH

17 İyun 2026 18:55see346

Trampın “böyük razılaşması”: İranla münasibətlərdə yeni səhifə açılır?

17 İyun 2026 16:23see303

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

17 İyun 2026 19:24see237

Abdul Hüseynov: “Tarixi binaların sökülməsinə qərar verən şəxslər səlahiyyətlərindən yəqin düzgün istifadə edərlər”

17 İyun 2026 20:23see220

ABŞ İranı niyə məğlub edə bilmədi? ŞOK HƏQİQƏT

17 İyun 2026 14:46see194

İngiltərə DÇ ya möhtəşəm başladı YENİLƏNİB

18 İyun 2026 02:01see185

Dünya çempionatı: Norveç qələbə qazanıb

17 İyun 2026 04:21see184

Rəşad Sadıqov "Zirə"nin rəqibindən danışdı: Gözlənilməz oldu

17 İyun 2026 01:52see181

Neft emalı zavodlarına edilən hücumlar “kömək etdi”...

17 İyun 2026 19:43see176

Holand atasından 32 sonra dünya çempionatında debüt edib

17 İyun 2026 02:41see169

Maskdan 60 milyard dollarlıq plan

17 İyun 2026 03:52see167

Diddi həbsdən nə vaxt çıxacaq? Tarix açıqlandı

18 İyun 2026 02:32see166

Bişirməzdən əvvəl hansı qidalar yuyulmamalıdır?

18 İyun 2026 00:13see165

2023 cü ildə bizə zəng vurdular ki, eviniz hazırdır Sakin şirkət tərəfindən aldadıldığını İDDİA ETDİ

17 İyun 2026 22:09see163

Hilalın altında Bakı... Foto

18 İyun 2026 00:18see163

Azərbaycanda pensiya ilə bağlı mühüm qərar: 12 gün sonra… RƏSMİ

18 İyun 2026 06:24see163

“ABŞ ordusu bir müddət Körfəzdə qalacaq”

18 İyun 2026 03:01see160

Vens: ABŞ İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

17 İyun 2026 01:48see150

Tramp və Pezeşkian ABŞ İran sazişinin nüsxəsini imzalayıblar

18 İyun 2026 05:01see147

Azərbaycanda kraudfandinq fəaliyyəti tənzimlənəcək

17 İyun 2026 14:50see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri