Putin niyə ancaq limonu bəyəndi? VİDEO
Icma.az, Yenisabah saytına istinadən bildirir.
Çindən sonra Tacikistana səfər edən Rusiya Prezidenti Vladimir Putinin şərəfinə ziyafət təşkil olunub.
"Yeni Sabah" xəbər verir ki, Düşənbəyə rəsmi səfəri zamanı Tacikistan Prezidenti İmoməli Rəhmon vəzifədaşı ilə süfrə arxasında danışıqlar aparıb.
Masada əlinin altında başqa meyvələr olmasına baxmayaraq, Putin yalnız limonu bəyənib. Sərfəli qiymətə məhsullar
Tacikistan limonları şirin və şirəli dadı, nazik qabığı, güclü ətri və narıncımtıl çaları ilə tanınır. O, ölkənin əsas kənd təsərrüfatı ixrac məhsullarından biridir.
Bu limon növünü aqronom Vladimir Sulaya 1934-cü ildə Düşənbədə (ovaxtkı adı ilə Stalinabad) Meyer və Gürcüstan limonlarını çarpazlaşdıraraq ərsəyə gətirib. Vəxş vadisində (Xatlon vilayəti) və digər bölgələrdə fermerlər limon ağaclarını sərt qış şaxtalarından qorumaq üçün onları dərin xəndəklərdə əkirlər.
Tacikistan limonları əsasən Rusiya, Belarus və Qazaxıstana ixrac olunur. Ölkə 2025–2029-cu illər üçün bağçılıq proqramı istehsal sahələrini genişləndirməyi və illik ixrac həcmini 7000 tona çatdırmağı hədəfləyir.
Baxış sayı:97
Bu xəbər 21 Noyabr 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















