Durov Luvrdan oğurlanmış zinət əşyalarını alıb Əbu Dabidəki muzeyə vermək istəyir
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Telegram"ın həmtəsisçisi Pavel Durov bildirib ki, Parisdə Luvrdan oğurlanmış zinət əşyalarını satın almaq və onları Əbu-Dabidəki Luvr muzeyinə vermək istəyir.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə "X" portalındakı hesabında yazıb.
Onun postunda deyilir: "Mən oğurlanmış zinət əşyalarını məmnuniyyətlə alıb Luvra qaytarardım. Əlbəttə, mən Luvr dedikdə, Əbu-Dabidəki Luvru nəzərdə tuturam, çünki Əbu-Dabi Luvrundan heç kim oğurluq etmir".
Daha əvvəl Durov Paris muzeyinin qarət edilməsinə əsla təəccüblənmədiyini bəyan edib. Onun fikrincə, Fransa hökuməti real təhdidlərə qarşı mübarizə aparmaq yerinə, insanların diqqətini saxta təhdidlərlə yayındırmaq sənətini təkmilləşdirməklə məşğuldur: "Bu, Fransanın tənəzzül etdiyinin göstəricisidir".
Xatırladaq ki, Fransanın mədəniyyət naziri Raşida Dati oktyabrın 19-da bildirib ki, Parisin Luvr muzeyindən Napoleon kolleksiyasına aid zinət əşyaları oğurlanıb. O qeyd edib ki, canilər muzey eksponatlarının oğurlanmasına cəmi dörd dəqiqə vaxt sərf ediblər.
Durovun özü isə ötən il avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. O, hər 14 gündən bir bu ölkəyə qayıtmaq məcburiyyətindədir, çünki Fransada ona qarşı istintaq davam edir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin


