Icma.az
close
up
RU
Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Düşənbədə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərgi açılıb

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tacikistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində mayın 20-də bu ölkənin Milli Muzeyində “Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Tacikistanın mədəniyyət naziri Matlubaxon Sattoriyen, Azərbaycanın Düşənbədəki səfiri Əlimirzamin Əskərov, eləcə də Türkiyə, Pakistan, Türkmənistan və digər ölkələrin səfirləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.

Tacikistan Milli Muzeyinin direktoru Zafarşo İbrohimzoda muzey haqqında məlumat verib, Azərbaycanın mədəni irsi ilə bağlı sərginin rəhbəri olduğu muzeydə keçirilməsindən məmnunluğunu bildirib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova sərginin konsepsiyası haqqında söz açıb.

Sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib, qonaqlar ekspozisiya ilə tanış olublar.

Məlumat verilib ki, ekspozisiyada Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından xovlu, xovsuz xalçalar, xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. 

Sərgidə xalçalarla yanaşı, məişətdə geniş istifadə edilmiş xurcun, çul kimi məmulatlar da yer alır.

Azərbaycanın Xalq rəssamı Eldar Mikayılzadənin müəllifi olduğu “Şəbi-hicran”, “Leyli və Məcnun” xalçaları da ekspozisiyanın ən maraqlı nümunələrindəndir.

Sərgidə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında” adlı ekspozisiyası yer alıb. Ekspozisiyanın ana xəttini Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il 200 illik yubileyi geniş qeyd olunan görkəmli rəssam M.Q.İrəvaninin (1825-1875) AMİM-də qorunub saxlanılan əsərlərinin və onun yaşadığı dövrün aparıcı sənət üslubunda yaranmış təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayişi təşkil edir.

Burada Azərbaycan Fotoqraflar Birliyinin “Qarabağ: milli irsin yaddaşı” adlı fotosərgisi də tamaşaçılara təqdim olunur.

Sərgi 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı Zəfərinin beşinci ildönümünə həsr edilib.

Nümayiş olunan fotolarda otuzillik işğal zamanı erməni vandalizminə məruz qalmış tarix-mədəniyyət abidələri və digər infrastruktur obyektlərinin dağıdılmış vəziyyəti və işğaldan sonra dövlətimiz tərəfindən aparılan bərpa prosesi öz əksini tapıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 May 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri