Icma.az
close
up
RU
Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi sərgisi açılıb

Bişkekdə “Azərbaycanın sənət incilərində yaşayan milli irsi sərgisi açılıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Qırğızıstan Milli İncəsənət Muzeyində Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində ilk tədbir - "Azərbaycanın sənət incilərində yaşayan milli irsi” adlı sərginin açılışı olub. Mərasimdə Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Gülbara Abdıkalıkova, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, eləcə də İran, Pakistan və Özbəkistanın Qırğızıstandakı səfirləri və iki ölkənin mədəniyyət xadimləri, digər qonaqlar iştirak ediblər. Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov və qırğızıstanlı həmkarı Gülbara Abdıkalıkova çıxış edərək mədəniyyət günlərinin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələr zəngin tarixi yol keçib və əməkdaşlığın bundan sonra da inkişafı üçün davamlı səylər göstərilir.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsilib və qonaqlar ekspozisiya ilə tanış olublar. Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova qonaqlara tematikalar üzrə tərtib olunan sərgi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, “Ənənəvi sənətkarlıq sərgisi”, “Mirzə Qədim İrəvani: Şərq və Qərb sənət üslublarının qovşağında”, “Xalça və qurama sərgisi” adlı bölmələrdə təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyinin fondları və şəxsi kolleksiyalar əsasında təqdim olunur. İştirakçılar şəbəkə ustasının təqdimatında bu tətbiqi sənət üzrə nümunənin əyani hazırlanması prosesini izləyiblər.

Sonda “Zümrüd Mirzəliyeva” brendinin geyimləri nümayiş etdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Aprel 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri