Icma.az
close
up
RU
“Düşünür ki, boşanıb pullu kişi tapım, saxlayar məni”

“Düşünür ki, boşanıb pullu kişi tapım, saxlayar məni”

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

"Hər zaman subyektiv fikrimi bildirirəm. Gənc qızlar, gənc oğlanlar telefonda o qədər şeylər görürlər ki... Qeyri-peşəkar psixoloqlar, heç bir sənəti olmayan insanlar hərəsi telefonun qabağına keçir, başlayır ki, ailə lazım deyil, öz həyatınızı yaşayın, gəncliyinizdən istifadə edin, niyə ailə qurub ər əziyyəti çəkməlisiniz? Ən çox da bu cür dırnaqarası psixoloqlar "TikTok"da çoxdur. Əxlaqsızlığı və pozğunluğu təbliğ edirlər".

Ölkə.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "musavat.com"a açıqlamasında deyib.

O bildirib ki, gənclər düşünüb ailə qurmalıdır:

"Gənclər bəlkə də məni başa düşmür. Düşünürlər ki, bu nə danışır? İnsan yaşlandıqca kamilləşir, müdrikləşir. Zaman gələcək mənim dediklərimi anlayacaqlar.

Bilirsiniz, boşanmaların əsas səbəblərindən biri də qız analarıdır. Deyir ərə get, əgər xoşuna gəlməsə, çıx gəl, ata-anan ölməyib ki. Arxandayıq. Belə demək olmaz. Ailədə çətinlik də olur, söz-söhbət də olur. Bunlara dözmək lazımdır. Bəziləri deyir ki, niyə dözməliyik? Qız anaları övladını arxayın etməməlidir. Əvvəl analar, atalar qız seçirdi oğlan üçün. İndi özləri seçir gəncləri, amma iki ay sonra boşanırlar. Valideynin seçimi önəmlidir. Gənclər ailəni oyuncağa çevirib. Ailə qurmaq oyuncaq deyil. Gənclər məsuliyyətli olmalıdır. Bir çox qızlar varlı həyat istəyir. Öncədən getdiyi oğlanın imkanını bilir. Kasıb oğlana ərə gedir, iki ay sonra Dubaya getmək istəyir. Deyir, instaqramdakı qızlar necə varlı həyat yaşayır.

Düşünür ki, boşanıb pullu kişi tapım, bir dayday saxlayar məni. Bu həyat müvəqqətidir. O zaman qadın əl meymunu olur. Qız anaları övladlarına düzgün məsləhət verməlidir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Yanvar 2025 04:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri