Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Düşünürdülər ki, Azərbaycan torpaqlarının işğalı uzun müddət davam edəcək Deputat

Düşünürdülər ki, Azərbaycan torpaqlarının işğalı uzun müddət davam edəcək Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut və Sos kəndlərinin sakinləri ilə görüşdə bildirib ki, Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq niyyətində deyildilər. Onlar və dəstək verən böyük dövlətlərin rəhbərləri işğalı daimi etmək istəyirdilər. Lakin Azərbaycan xalqının iradəsi, əsgərlərin şücaəti və xalqın birliyi buna imkan vermədi. Dövlət başçısı əlavə edib ki, əgər Ermənistan vaxtında Azərbaycan torpaqlarından öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatına ehtiyac qalmaz, üç mindən çox şəhid verməzdik.

Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, İlham Əliyev Qarabağa son səfəri zamanı Qırmızı Bazar və Hadrut qəsəbələrində kənd sakinləri ilə görüşdə çox mühüm fikirlər səsləndirib.

"O, uzun illər Azərbaycanın münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını, lakin Ermənistan və onun arxasında duran qüvvələrin işğalı davam etdirmək niyyətində olduqlarını bildirmişdir. Həqiqətən də Azərbaycan ordusunun, dövlətinin və prezidentinin liderliyi altında həyata keçirilən “dəmir yumruq” əməliyyatları olmasaydı, Ermənistan və onun himayədarları torpaqlarımızın sülh və danışıqlar yolu ilə qaytarılacağını heç vaxt qəbul etməzdilər. Bir fakt kifayətdir: ATƏT-in Minsk qrupunun 30 il ərzində işə yaramayan qurum kimi qalması, münaqişənin nəticələrini dondurmaq və Ermənistanın işğalını konsolidasiya etmək məqsədi daşıyırdı. Bu səbəbdən də Minsk qrupunun ləğvinə qarşı göstərdikləri dirəniş başa düşüləndir. Bununla yanaşı Azərbaycanın sülh gündəliyinə, diplomatiyaya və sülh danışıqlarına sadiq qalması öz yerindədir. Biz həmişə sülhün tərəfdarı olmuşuq. Lakin hazırda həm beynəlxalq münasibətlər, həm də beynəlxalq hüquq sistemi demək olar ki, yararsız vəziyyətə düşüb. BMT Təhlükəsizlik Şurası müvafiq qətnamələr qəbul etmişdi, BMT Baş Assambleyasında saysız-hesabsız sənədlər qəbul olunmuşdu".

Deputat əlavə etdi ki, dünya gücləri, ATƏT-in Minsk qrupunda birləşmiş hegemon dövlətlər Ermənistan üzərində heç bir təsir göstərə bilməmişdilər və ya göstərmək istəməmişdilər.

"BMT Təhlükəsizlik Şurasının əsas beş üzvü Ermənistan qarşısında sülh və diplomatiya vasitəsilə heç bir addım atmırdı. Bu, böyük utancverici hal idi və beynəlxalq ictimaiyyət üçün ləkə idi. Azərbaycan yalnız ordusunun, xalqının və liderinin müdrik siyasəti ilə, bütün dünyanı mat-məəttəl qoyan gedişlərlə 2020-ci ildə 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi, suverenliyini bərpa etdi. Daha sonra Laçın, Kəlbəcər və Ağdam rayonlarının boşaldılması və 2023-cü ildə aparılan antiterror tədbirləri strateji və hesablanmış addımlar idi. Ermənistan və onun himayədarları böyük şok keçirdi, çünki onlar Ermənistanın arxasında duran güclərə - Avropa İttifaqı, Fransa, erməni kilsəsinin dünyadakı nüfuzuna və diasporun dəstəyinə güvənirdilər. Onlar hesab edirdilər ki, Azərbaycan torpaqlarının işğalı uzun müddət toxunulmaz qalacaq və dünya bununla barışacaq.

Cənab prezident vurğulamışdır ki, əgər Ermənistan və onun tərəfdarları ağlı başında olsaydı, Azərbaycanın sülh təkliflərini qəbul edərdilər. Lakin onlar müharibəni seçdilər və uduzdular. Ermənistan və onun himayədarları hesab edirdilər ki, dünya üzrə baş verən dondurulmuş münaqişələr sırasına Ermənistan- Azərbaycan münaqişəsi də əlavə ediləcək və işğal nəticələri təsdiqlənəcək. Lakin Azərbaycan öz strateji, diplomatik, siyasi və hərbi addımları ilə bu vəziyyətdən istifadə edərək, reallığı öz xeyrinə çevirdi. Nəticədə bütün dünya gücləri indi faktı qəbul etməkdən başqa çıxış yolu tapa bilmirlər", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Sentyabr 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri