Icma.az
close
up
RU
Kaxaber Sxadadze: Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” dağılacaq

Kaxaber Sxadadze: Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” dağılacaq

Icma.az, Apasport saytına istinadən bildirir.

Futbol üzrə Azərbaycan çempionatının I Liqasının “Baku Sporting” - “Qəbələ” matçından (0:5) sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərə müsahibə verib.

- “Qəbələ” I Liqaya düşərkən klubu tərk etmədiz, sona qədər mübarizə apardız. Bu gün də komanda yenidən Premyer Liqaya qayıtdı. Təəssüratlarınız necədir?
- Keçən il çox çətin dövr yaşadıq, komanda I Liqaya düşdü. Həm klubun prezidenti Fariz Nəcəfov, həm də idman direktoru Səbuhi Səfiyarlı ilə yaxşı münasibətlərim vardı. Hər ikisi ilə müzakirələr apardıq. Qərara alındı ki, biz komandadakı işimizə davam edək və “Qəbələ” yenidən Premyer Liqaya qayıtsın. Bu barədə köməkçim Giorgi Çixradze ilə də danışdım, məsləhətləşdim. Nəticə etibarilə burda qalmağı qərara aldıq. Bilirdik ki, I Liqada meydançaların vəziyyətləri ideal deyil, bəzi stadionlarda çatışmazlıqlar var, qaldığımız otellər yüksək səviyyəli olmayacaq. Bunlara baxmayaraq, qarşımıza məqsəd qoyduq və bu yolda mübarizə apardıq. Üstəlik, keçən mövsümkü heyətin əsas üzvləri komandanı tərk etmişdi. Bəzi insanlar düşünürdülər ki, “Qəbələ” klubu dağılacaq. Amma bu, belə olmadı. Rəhbərliklə birlikdə yeni futbolçular gətirdik, komanda qurduq. Məşqçilər nə qədər yüksək səviyyəli olsa da, futbolçularsız heç nə etmək mümkün deyil. Bu səbəbdən bütün oyunçularıma təşəkkür edirəm. Uğurda onları rolu böyük oldu. Çox sevinirəm ki, Premyer Liqaya qayıdışın təməlini qoyduq. Ən sevindiyim məqam, verdiyim sözü tuta bilməyim oldu. Komandanı yenidən Premyer Liqaya qaytaracağıma söz vermişdim, bu gün həmin sözümü reallaşdıra bildik.

- Artıq Premyer Liqa üçün heyət qurulmalıdır. Transfer işlərinə indidən başlamısız? Hazırkı heyətdən kimləri komandada saxlayacağınıza qərar vermisiz?
- Düzünü desəm, bu günə qədərki məqsədimiz Premyer Liqaya yüksəlmək idi. Buna da bu gün nail olduq. Hələ ki, başqa heç nə barədə düşünməmişik. Gözləyirdik ki, qayıdışımız dəqiqləşsin. Klubumuz Avropa səviyyəsində idarə olunur. Transfer işləri ilə idman direktorumuz məşğul olur, çalışır ki, heyətə səviyyəli oyunçular gətirsin. Futbolçuları izləyirik, seçimlər edirik. Bu il qurduğumuz komanda çox yaxşı çıxış etdi. Bu, gələn mövsümün komandasının onurğa sütunu olacaq. Həmişə güclənmək lazımdır. Hətta “Qarabağ” kimi komanda üçün də bu, önəmlidir. Heyətin əsasını qorumaqla, güclənməyə çalışacağıq.  

- I Liqadakı şərtlər Premyer Liqadan daha çətindir. Özünüzün də qeyd etdiyiniz kimi, meydançaların vəziyyəti ideal deyil. Komandanın bura qədər məğlubiyyətsiz gələcəyini gözləyirdiz?
- Çalışırdıq ki, mövsümü məğlubiyyətsiz bitirək. Hələ də çalışırıq (gülür). Sezon hələ bitməyib. Məqsədimiz çempion olmaqdır. Əsas tapşırıq bu yöndədir. Bütün rəqiblərimizə hörmət edirik. Hər biri də bizə qarşı layiqli mübarizə aparırlar.

- Şahin Şahniyarovun millidəki çıxışını necə dəyərləndirirsiz?
- Onun yığmaya çağırılmasına çox sevinmişdim. Burda təbii ki, Şahinin özünün rolu böyükdür. Onun uğurunda həm də məşqçilərinin köməyi olub. Şahniyarovla fəxr edirəm. Özünə də demişəm ki, ora gedib çıxmaq bir uğurdur. Əsası orda qalmaqdır ki, çətini də budur.

- Gürcüstan millisi ilə Azərbaycan yığmasını necə müqayisə edərdiz?
- Gürcüstan millisi hazırda yüksəlişdədir. Komanda Millətlər Liqasında B divizionuna vəsiqə qazandı. Azərbaycan yığması isə enişdədir. Belə hallar futbolda normaldır. Bizim ölkədə də belə şeylər yaşanıb. Futbolçularımız xarici klublarda çıxış etsələr də, bu, təsirini göstərmirdi. Lakin indi həmin uğuru görmək mümkündür. Yığmanın uğuru üçün infrastruktur və kütləvilik olmalıdır. Yaxşı futbolçular seçilməlidir və onların arasında rəqabət yaranmalıdır.

- Sizcə, yığmanın uğursuzluğunda meydançaların təbii örtüklü olmaması nə dərəcə rol oynayır?
- Təbii ki, infrastruktur yüksək səviyyədə olmalıdır. Meydançadan meydançaya da fərq var. Bu günkü meydança süni örtüklü olsa da, mükəmməldir. Başqa komandaların da stadionlarında vəziyyət belə olsa, əla olar. Bu gün yaxşı şəraitdə, gözəl oyun nümayiş etdirdik. 

İsmayıl Xeyrullayev

"Neftçi"də onun da qələmi qırıldı: ƏVƏZEDİCİ KOMANDAYA GÖNDƏRİLDİ "Sabah" - "Neftçi" matçının biletləri satışda Juninyo komandasına qələbə qazandırdı, matçın ən yaxşısı seçildi - VİDEO Günün matçları bu kanallarda Siyasət Əsgərov: “Litvaya qarşı çox önəmli oyuna çıxacağıq"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://apasport.az
archiveBu xəbər 04 Aprel 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri