Icma.az
close
up
RU
Duz mağaraları şəvqət ocaqları

Duz mağaraları şəvqət ocaqları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müalicə üçün ziyarət edilməli olan məkanlardan biri də bu gün insanlar arasında getdikcə populyarlaşan duz mağaralarıdır. Duz mağaralarının bronxial və ağciyər xəstəlikləri, ürək və qan dövranı sistemi, yuxu problemləri kimi bəzi xəstəliklərin müalicəsi, immun sisteminin gücləndirilməsi, yorğunluq və stress kimi vəziyyətlərdə təsiri olduqca böyükdür.  Dünyanın bir çox yerlərində belə mağaraların sayı kifayət qədərdir. 

Türkiyənin şərqində, İğdırın Tuzluca rayonunda yerləşən Duz mağarası 55 hektar əraziyə malikdir. Mağaranın içərisində olan qaya duzu təbəqəsinin təxminən 24–37 milyon il yaşı olduğu qeyd olunur. Dağın içində, yerin bir neçə metr altında yerləşən müalicə mərkəzinin divarları, tavanları və döşəmələri tamamilə duzdan hazırlanmış, ziyarətçi sayını artırmaq üçün isə mağaranın içərisinə işıqlandırma qurğuları da əlavə edilmişdir. Xüsusilə tənəffüs problemi olan və bronxial-astma xəstəliklərindən əziyyət çəkənlər üçün bu mağaranın faydası olduqca böyükdür.  
Dünyanın ən böyük duz ehtiyatlarından biri də Türkiyənin Mərkəzi Anadolu bölgəsindəki Çankırı vilayətində yerləşir. Burada 500 milyon ton duz ehtiyatı olduğu bildirilir. Hər il 150 min tonadək duz çıxarılan Çankırıdakı qaya duzu mağarası Türkiyənin duza olan ehtiyacını qarşılamaqdadır. Bu məkan, eyni zamanda şəhər turizminə böyük töhfələr verir. 5 min ilə yaxındır ki, istifadə edildiyi təxmin olunan mağara Çankırıdan 20 kilometr məsafədə yerləşir. Uzunluğu 8 kilometrdir. Mağaranın içərisində bir çox qalereyalar da yer alır.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da özünün nadir duz mağarası ilə məşhurdur. Babək rayonu ərazisində yerləşən və astma xəstəliyinin müalicəsi üçün istifadə edilən mağara hazırda günün tələblərinə tam cavab verən müasir sağlamlıq mərkəzinə çevrilmişdir. Buraya gələnlər təxminən bir həftə gecələri duz mağarasında keçirdikdən sonra yenidən sağlamlıqlarına qovuşurlar. Naxçıvanımızın simvoluna çevrilən Duzdağ mağarasında 90 milyon ton təbii qaya duzu mövcuddur. Müalicəvi əhəmiyyətli duz mədənləri  dəniz səviyyəsindən 1173 metr hündürlükdə, girişdən cəmi 300 metr aralıda, 110 metr dərinlikdə yerləşir. Sovetlər dövründə SSRİ-ni idarə edənlərin böyük əksəriyyəti bu mağarada şəfa tapmışdır. Hətta rus çarlarının belə buraya müalicə üçün gəldiyi deyilir. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Naxçıvan duzu qaya duzu olduğundan özündə 84 mineralı birləşdirən ən qiymətli və faydalı duz hesab edilir. Hələ 6 min il bundan əvvəl – Nuh peyğəmbərin dövründən buradan duz çıxarılıb. 
Məlumatlara görə, 1866-cı
ildə Naxçıvanda 11 min ton duz çıxarılırdı. 1880-cı illərdə isə Naxçıvanda orta hesabla hər il 4800 ton duz istahsal edilirdi. O zaman məşhur “Duz yolu” mövcud olmuş, Naxçıvan duzu nəinki Şumerlərə bütün Şərqə, Osmanlı dövlətinə daşınmışdır. Bu mübadilə mədəniyyətlərin də mübadiləsinə təsir göstərmişdir. 
XIX əsrin 2-ci yarısından başlayaraq burada çalışan bir sıra mühəndislər qədim duz mağaraları və oradan aşkar edilmiş daş alətlərlə maraqlanmışlar. 1870-ci ildə burada çalışan Bayer bir neçə daş balta tapmışdır. K.A. Nikitinin məlumatından aydın olur ki, o tapdığı baltalardan ikisini Naxçıvan şəhər məktəbinə bağışlamış, qalanlarını Tiflis və Sankt-Peterburq muzeylərinə göndərmişdir. 
Sonrakı dövrlərdə İ.S.Polyakov və P.N.Nadejdin buradan bir neçə daş balta və digər tapıntılar əldə etmişlər. Duzdağ mədənlərinin arxeoloji cəhətdən tədqiqi keçən əsrin 70-ci illərində yenidən başlanmışdır. Bunlar da təsadüfi tapıntılarla bağlı olmuşdur. 1967-ci ildə uçqun zamanı və 1976-cı ildə Duzdağda qazma işləri apararkən qədim şaxta aşkar edilmişdir. 

Fidan SALMANOVA 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri