Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 20 “Maarifçi”dən 6 sı BDU məzunudur
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə icra olunan üçüncü “Maarifçi” tələbə-məzun təcrübə proqramını başa vuraraq, nazirlik və tabe qurumların strukturlarında əmək fəaliyyətinə başlayan 20 nəfərdən 6-sı Bakı Dövlət Universitetinin (BDU) məzunudur.
BDU-dan bildirilib ki, məzunlar Rüqayyə Xıdırova Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil, Fuad Cəlilli və Xanım Osmanova Hüquq, Aytən Cabbarzadə Vətəndaşlara xidmət və sənədlərlə iş şöbələrində, Kəmalə Məmmədova Satınalmalar və qrantlar sektorunda, Cavidan Hacıəliyev isə Təhsil İnstitutunun Təhsil nailiyyətlərinin qiymətləndirilməsi şöbəsində işlə təmin olunublar.
Elm və Təhsil Nazirliyində və qurumlarında təcrübə imkanları yaradan, 3 ay davam edən və artıq üçüncüsü başa çatan proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik və bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
Qeyd edilib ki, bundan öncə keçirilən ikinci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla bitirən və Elm və Təhsil Nazirliyinin strukturlarında əmək fəaliyyətinə başlayan 10 “Maarifçi”dən 2-si BDU məzunu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 03 Dekabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















