Icma.az
close
up
RU
Duzdağın çökəcəyi ilə bağlı süni ajiotaj Yüzlərlə mədənçi işsiz qalıb

Duzdağın çökəcəyi ilə bağlı süni ajiotaj Yüzlərlə mədənçi işsiz qalıb

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Naxçıvandakı Duzdağ mədənləri uğrunda gedən mübarizə yüzlərlə fəhləni işsiz qoyub.

Bu barədə "Gündəlik Naxçıvan" kanalı mədən işçilərinə istindla məlumat yayıb.

Məlumata görə, mədənlərin əvvəlki sahiblərinin əlindən alınıb, məmurlar arasında yenidən bölüşdürülməsi üçün yerli hakimiyyət təhlükəsizlik adı altında süni ajiotaj yaradaraq, istehsalı dayandırıb. İşçilərin bir qismi başqa sahəyə yönəldilsə də, xeyli hissəsi çıxarılıb. Rəsmi məlumata görə, çökmə riski olduğundan mədənlər bağlanılıb.

Mədən çalışanlarının bildirdiklərinə görə, bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub:“Bir neçə aydır ki, mədənlərin çoxu səbəbsiz yerə bağlanmış, istehsal minimuma endirilmişdi. İndi isə, guya monitorinq aparıb, çökmə riskinin olduğunu deyirlər. Nə oldu, niyə özəlləşmə başlayandan sonra çökmə riski yarandı?Aramızda 10-15 il bu sahədə işləyənlər var. Müəyyən kiçik problemlərlə rastlaşmışıq. Çatların artması da olub. Amma ciddi risklər olmadığı üçün iş dayandırılmayıb.Öz təcrübəmizdən çıxış edərək deyə bilərik ki, heç bir çökmə riski yoxdur. Olsaydı, bunu biz hamıdan əvvəl bilərdik". 

Mədən əməkdaşları bir neçə aydır maaş almadıqlarını da bildirirlər:“Xeyli əməkdaş işdən çıxıb. Aylardır maaş almayan işçilər var. Monopoliya uğrunda gedən mübarizədə isə işçilər və daha çox yeri sakinlər əziyyət çəkir. Hazırda yerli duza alışan sakinlər yerli duz tapa bilmir, baha qiymətə başqa yerlərdən gətirilən duzlardan istifadə edirlər. Bu isə ciddi narazılıq yaradır”.Duzdağda ən böyük istehsalçı yerli İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş "Naxçıvan Duz İstehsalı“ MMC olub. Müəssisə may ayında özəlləşdirilmək üçün tenderə çıxarılıb. Yayılan məlumatlara görə, tenderin qalibi "Şərq-Qərb“ ASC olub. Bu müəssisənin 96 faizinin Ramiz Mehdiyevin oğlu Teymura məxsus olduğu bildirilir. 

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Oktyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see353

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see314

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see266

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see244

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see220

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see154

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see148

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see145

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see138

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see137

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri