Düzdür, Ayaks hələ ÇL də xal qazana bilməyib, amma... Qarabağ ın sabiq müdafiəçisi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
Sabah "Qarabağ" UEFA Çmpionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində "Ayaks"ı qəbul edəcək. Ağdam təmsilçisinin sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb Niderland təmsilçisi ilə oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Bu oyun olduqca vacibdir. Rəqibi Bakıda məğlub etsək, pley-offa yüksəlmək istiqamətində inamlı addım atacağıq. Düzdür, "Ayaks" hələ ÇL-də xal qazana bilməyib, amma onlar da Azərbaycana qələbə dalınca gəliblər. Rəqibin heyəti yenilənib, gənc komandadır. Bu mövsüm qeyri-sabit oynamalarının da əsas səbəbi budur. "Qalatasaray"a 0:3 hesabı ilə uduzduqları oyunda Türkiyə təmsilçisi hesabı açana qədər çox yaxşı mübarizə apardılar. Bir qədər təcrübəsizdirlər. Sanki qol buraxandan sonra həvəsdən düşdülər. "Ayaks"ın hazırda itkiləri də var. "Qarabağ"a həmişə olduğu kimi yenə də inanıram. Qələbə qazanaraq hamımızı sevindirəcəklərinə ümid edirəm".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması 21:45-də başlayacaq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 09 Dekabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















