DVX: Aqrar sahədə yeni vergi stimullaşdırılması mexanizmi tətbiq olunacaq
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda kənd təsərrüfatı üçün yeni vergi stimullaşdırılması mexanizmi tətbiq olunacaq.
525.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu güzəştlərin sektora təsiri, əldə olunan nəticələr və iqtisadi səmərəliliyi DVX və aidiyyəti dövlət qurumları tərəfindən mütəmadi olaraq təhlil edilir və qiymətləndirilir: "Aparılan təhlillər göstərir ki, ötən dövr ərzində kənd təsərrüfatı sektoru əhəmiyyətli inkişaf yolu keçib. Tətbiq olunan vergi güzəştləri bu inkişafın dəstəklənməsində, sahənin iqtisadi potensialının gücləndirilməsində və gəlirliliyinin artırılmasında mühüm rol oynayıb. Əldə olunan nəticələr və sektorun mövcud inkişaf səviyyəsi kənd təsərrüfatında yeni vergi stimullaşdırılması mexanizminin tətbiqi üçün imkanların formalaşdığını göstərir".
O.Nəzərli qeyd edib ki, aqrar sahədə uzun illər tətbiq olunan 100 %-lik tam vergi azadolunması ləğv edilir və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90%-lik güzəşt mexanizmi əvəz edir: "Yəni istehsalçının əldə etdiyi gəlir və məhsulunun yalnız 10 %-i ümumi vergi öhdəliyinə cəlb olunacaq. Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolunması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq".
O əlavə edib ki, kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək: "Qarşıdakı il üçün daha bir güzəşt mexanizmi təklif edilir. Söhbət heyvandarlıq sektoru üzrə idxal güzəştindən gedir. Belə ki, kökəltmə məqsədilə heyvanların idxalı 3 il müddətinə ƏDV-dən azad ediləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 06 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















