DYP dən bu şəxslərə XƏBƏRDARLIQ
Icma.az, Manset saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Son zamanlar bəzi gənclərin ictimai nəqliyyat vasitələrinin, xüsusilə avtobusların arxa hissəsindən tutaraq sürüşməsi halları müşahidə olunur. Bildiririk ki, bu cür hərəkətlər insan həyatına ciddi təhlükə yaradır və qəza halları ilə nəticələnə bilər".
Manset.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, hər bir yol hərəkəti iştirakçısı bilməlidir ki, bu cür davranışlar həm həmin şəxsin, həm də digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratmaqla yanaşı, sürücünün diqqətini yayındıraraq qəzaların baş verməsinə səbəb ola bilər:
"Eyni zamanda bu, yol hərəkəti qaydalarının pozulmasıdır. Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarından, xüsusilə valideynlərdən xahiş edir ki, övladlarını belə təhlükəli hərəkətlərdən çəkindirsinlər. Hər kəsin təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmək mütləqdir!".
Baxış sayı:122
Bu xəbər 25 Fevral 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















