DYP dən piyadalara MÜRACİƏT Bu qaydalara əməl edin!
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
İdarədən Redaktor.az-a verilən xəbərə görə, müraciətdə deyilir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür:
"Hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, ətrafa diqqətlə nəzər yetirmək, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirmək vacibdir. Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməlidir.
Eyni zamanda, sürücülər də piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, piyadalara yol verməli və diqqəti yayındıran amillərdən çəkinməlidirlər".
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırıb: "Unutmayaq ki, yollarda təhlükəsizlik hər kəsin düzgün davranışından başlayır və bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Avqust 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















