DYP piyadaların yolunu kəsən sürücülərə XƏBƏRDARLIQ ETDİ FOTO VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az xəbər verir ki, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir.
Sonda bir daha nəzərə çatdırırıq ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.

