Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Əbədi dostluğun poetik ifadəsi

Əbədi dostluğun poetik ifadəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

...Əgər siz içdən, fitrətdən gələn vətənpərvərliyin, türkçülüyün hay-küyçü “ura patriotizmdən” fərqini görmək istəyirsinizsə, Gəray Göyyurdun gözlərinə baxmağınız, şeirlərini dinləməyiniz yetər. Onun vətənpərvərlikdən yoğrulmuş nikbinliklə qələmə aldığı, milli ruha köklənən əsərləri həmahəngdir. Hətta surəti-izhar, yəni təzahür şəklində əkiz qardaşdır – desək, mübaliğəyə yol vermiş olmarıq.

“Bizim ailəmizdir, dost, qardaş Türk dünyası”. Bu, Gəray Göyyurdun şanlı Qarabağ Zəfərinə, Azərbaycan və Türkiyənin əbədi qardaşlığına, dünyada söz sahibi olan iki liderin dostluq münasibətlərinə həsr elədiyi altıncı şeir kitabıdır.

Gərayın böyük vətənsevərlik duyğuları ilə süslənmiş “Qarabağda qoyulur Turanın özül daşı”, “Azərbaycan birinci çatdı dada, haraya”, “Gərək hər kəs tanısın Ömər Halis Dəmiri”, “Azərbaycan–Türkiyə” poemaları, şəhidlərimizin ölməz ruhundan, qazilərimizin, müharibə veteranlarının şücaətindən danışan “Zəfər şeirləri” silsiləsi həm də Azərbaycanın ən yeni tarixinin nəzmə çəkilmiş, obrazlaşdırılmış salnaməsi adlandırılmağa layiqdir.

Şairin “Şuşa Bəyannaməsi” poemasında fəxarətlə qələmə aldığı

Sərhədləri götürüb
Millətimin sevgisi
Sevgimizdən yoğrulub
Şuşa Bəyannaməsi!

– misraları ictimai-siyasi məzmun daşımaqla yanaşı, Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz dostluğun, qardaşlığın vəsfidir. Ürəyi daim Vətəninə intəhasız məhəbbətlə döyünən Gərayın əsərlərinin ünvanı bütün Türk dünyasıdır və bu səbəbdən daha böyük məna yükünə malikdir. Onun saf, dupduru qəlbindən qələminə süzülən hər bir şeiri, poeması bu ali missiyanın tərənnümünə bağlıdır.

Şanlı Zəfərimizdən doğan qürur və məmnunluq bu şeirləri oxuyan hər kəsin ürəyindən xəbər verir. Bir millətin iki dövlətinin dostluq və qardaşlığının canlı rəmzlərinə çevrilmiş Prezident İlham Əliyev və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı poetik fəhmi və istedadı ilə layiq olduqları yüksək zirvələrə qaldıran Gəray Göyyurdun vətəndaş təəssübkeşliyi, səmimiyyəti kitabdakı hər misrada hiss olunur. Əminliklə deyə bilərik ki, şəhidlərimizin ruhuna, qazilərimizin igidliyinə, ordumuzun zəfərinə, Azərbaycan–Türkiyə birliyinə qürur və səmimiyyətlə yazılmış bu dəyərli kitabı əlinə alanlar onu sevə-sevə oxuyacaq, oxuya-oxuya sevəcəklər.

Tanınmış yazıçı və ədəbiyyatşünas Fəxri Uğurlunun redaktorluğu ilə işıq üzü görən kitabın ön sözündə deyildiyi kimi, Gəray Göyyurdun çox böyük inamla, qürur və səmimiyyətin poetik dili ilə tərənnüm etdiyi Böyük Turanın qurulacağı o tarixi günün yetişəcəyinə heç kəsin şübhəsi olmasın. “Bizim ailəmizdir, dost, qardaş Türk dünyası” kitabını oxuyanlarda bu qənaət mütləq formalaşacaq.

İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri