Əbədi kimyəvilər in sonu: Ultrabənövşəyi şüaların gözlənilməz gücü
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Amerikalı alimlər onilliklər boyu suda toplanaraq insan sağlamlığına ciddi zərər vuran "əbədi kimyəvi maddələrin" (PFAS) parçalanma mexanizmini tam deşifrə ediblər. Qeyri-yaprşan qabların, qablaşdırmaların və yanğınsöndürmə köpüklərinin tərkibində olan bu davamlı maddələr immunitetin zəifləməsindən xərçəng riskinə qədər bir çox ağır fəsadlara yol açır.
Tədqiqatçılar müəyyən ediblər ki, ultrabənövşəyi şüalar sulfid məhlulu ilə birgə tətbiq edildikdə zəncirvari reaksiya baş verir. Aktiv zərrəciklər karbon və flor arasındakı möhkəm rabitəni qıraraq flor atomlarını ayırır və onları müqayisədə təhlükəsiz sayılan florid-ionlarına çevirir. Parçalanmanın əsas karbon məhsulunun əvvəllər zənn edildiyi kimi başqa bir maddə deyil, formiat olduğu ortaya çıxıb.
Bu dəqiqləşdirilmiş kimyəvi mexanizm içməli suyun təmizlənməsi texnologiyalarını köklü şəkildə təkmilləşdirməyə imkan verəcək. Eyni zamanda, tədqiqat gələcəkdə təbiətdə daha tez və təhlükəsiz idarə olunan yeni florlu materialların yaradılmasına yol açır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 16 Sentyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















