Icma.az
close
up
RU
Astronom qəribə “şüaların” sirrini açdı

Astronom qəribə “şüaların” sirrini açdı

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3I/ATLAS adlı ulduzlararası obyektin ətrafında müşahidə olunan şüavari strukturlar son günlər NLO iddialarını yenidən gündəmə gətirib. AzPost xəbər verir ki, astronom və kosmonavtika populyarizatoru Aleksandr Kiselev məsələ ilə bağlı AİF-ə açıqlama verərək yayılan versiyalara aydınlıq gətirib.

Xatırladaq ki, Harvard Universitetinin alimi Avi Leb noyabrın 9-da əldə olunan görüntülərdə obyektin ətrafında 1 milyon kilometri aşan, güclü şəkildə kollimasiya olunmuş şüalar müşahidə edildiyini bildirmişdi. Onun fikrincə, bu cür istiqamətlənmiş axınlar obyektin öz oxu ətrafında fırlanması səbəbindən “yayılmalı” idi, amma bu baş vermədiyi üçün alim hətta “potensial kosmik gəmi” versiyasına işarə etmişdi.

Lakin astronom Aleksandr Kiselev bu iddiaları tam əsassız hesab edir. Onun sözlərinə görə, 3I/ATLAS heç bir halda NLO deyil və bütün müşahidə olunan “şüalar” kometaya xas təbii proseslərlə izah olunur.

Kiselev bildirib ki, obyektin vizual məlumatları iki fərqli quyruğun – tüstüvari qaz quyruğu və toz hissəciklərindən ibarət anti-quyruğun – mövcudluğunu göstərib. Daha əvvəl çəkilmiş şəkillər isə quyruğun 4–5 axınvari elementdən ibarət mürəkkəb strukturunu üzə çıxarıb.

Astronom qeyd edib ki, 3I/ATLAS-ın quyruqları tərkib baxımından C/2016 R2 kometası ilə oxşarlıq göstərir: burada dəm qazı və azot çox, toz isə azdır. Bu, qeyri-adi və güclü “şüa” effekti yarada bilər.

Bundan başqa, Swift observatoriyasının UVOT teleskopu güclü hidroksil (OH) siqnalı aşkarlayıb ki, bu da obyektin tərkibində suyun olduğunu göstərir. Eyni zamanda, adətən kometaların erkən fəallıq mərhələlərində aşkarlanan sian molekulunun siqnalı qeydə alınmayıb. Bu isə 3I/ATLAS-ın tərkibinin Günəş sistemindəki kometalardan əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir.

Kiselevin sözlərinə görə, bütün bu faktlar obyektin ulduzlararası kometa olduğunu təsdiqləyir və onun mənşəyini NLO ilə əlaqələndirmək üçün heç bir elmi əsas yoxdur.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Noyabr 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri