Icma.az
close
up
RU
ƏBƏDİYYƏT ÖMRÜ ŞƏRH

ƏBƏDİYYƏT ÖMRÜ ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Əbədiyyət qazanan bir ömrün zəngin dünyasına səyahət etmək, doğma xalqın tərəqqisi, müstəqilliyi, azadlığı, suverenliyi üçün böyük xidmətlər göstərmiş bir liderin həyatından səhifələri varaqlamaq, şərəfli bir tarixlə tanış olmaq deməkdir.

Ümummilli Lider Heydər Əliyev xalqımızın böyük mənəvi sərvəti, ən yüksək dəyəri, hər bir azərbaycanlının qürur yeridir. Xeyirxah, vətənpərvər, yaradıcı, millətinin, xalqının mənafeyini hər zaman uca tutan, həyatının hər anı xalqının taleyinə bağlı olan bu dahi şəxsiyyəti, dünya şöhrətli dövlət xadimini- Ulu Öndər Heydər Əliyevi sonsuz minnətdarlıq hissi ilə xatırlayırıq.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq respublika həyatının bütün sahələrində köklü islahatlara başlandı. Ölkəmizin iqtisadi qüdrətinin möhkəm təməlı qoyuldu. Respublika inkişaf tempinə görə keçmiş İttifaq miqyasında öncül sıralara çıxdı.

Ulu Öndər ictimai-siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə xidmət etdi. Daim xalqımızın maddi-rifah halının yaxşılaşdırılması qayğısına qaldı, bunun üçün bütün bilik və bacarığını həsr etdi.

Bölgələrimizin inkişafına daim diqqət göstən Ümummilli Liderin həyata keçirdiyi ciddi iqtisadi islahatlar, qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar bu istiqamətdə uğur qazanılmasında həlledici rol oynadı. Onun təşəbbüsü ilə ölkəmizin paytaxtında, eləcə də regionlarda onlarla sənaye, təhsil müəssisələri, mədəniyyət ocaqları açıldı.

Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi illərdə qədim Şamaxıya 14 dəfə səfər edib. Hələ keçmiş ittifaq zamanında şəxsi tapşırığı ilə hazırlanan və Nazirlər Sovetinin 1978-ci il yanvarın 21-də qəbul edilən müvafiq qərarından sonra Şamaxı şəhərinin, kənd və qəsəbələrinin siması tamamilə dəyişdi, sosial-iqtisadi və mədəni səviyyəsi yüksəldi. Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrildi.

Keçmiş İttifaqın süqutundan sonra ölkəmiz tarixinin ən çətin, məşəqqətli dövrlərindən birini yaşamalı oldu. Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda ictimai-siyasi şərait daha da gərginləşdi. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazilərində apardığı işğalçılıq hücumlarının miqyası daha da genişləndi. Belə ağır zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev xilaskarlıq missiyasını öz üzərinə götürdü.

1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciəti insanlarımızın inam hissinin özünə qayıtmasında böyük rol oynadı. Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, suverenliyini, müstəqilliyini qorumaq hər bir vətəndaşın, hər bir azərbaycanlının ən ümdə vəzifəsinə çevrildi.

Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, qətiyyətli və ardıcıl siyasəti ilə ordu quruculuğuna yeni məzmun verdi. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırdı. Azərbaycanın Silahlı Qüvvələri möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan orduya çevrilməyə başladı.

1994-cü il yanvarın 5-6-da Azərbaycan Ordusu ən uğurlu əməliyyatlarından birini tamamladı. Horadiz əməliyyatında qazanılan qələbə həmin dövrdə siyasi, hərbi, həm də psixoloji cəhətdən düşməni dərindən sarsıtdı. Bu, həm də Silahlı Qüvvələrimizin qüdrətini, gücünü təsdiq etdi.

Horadiz əməliyyatı hərbi-siyasi sferada münaqişə tərəflərinə yeni reallığı diqtə etdi. Rəsmi İrəvan 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalamağa məcbur oldu. Bundan sonra Azərbaycanda ordu quruculuğu sürətləndi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhu daha da yüksəldi.

Ulu Öndər Heydər Əliyevin diplomatik məharəti sayəsində Azərbaycan qısa müddətdə beynəlxalq aləmdə tanındı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan enerji xəritəsində strateji gücə çevrildi. BMT, ATƏT, İƏT və bir çox təşkilatlarda Azərbaycanın səsi duyuldu. “Biz dünyaya sübut etdik ki, Azərbaycan müstəqil siyasət yürütmək əzmindədir və buna qadirdir.”- deyə Ulu Öndər çıxışlarında vurğulayırdı. Heydər Əliyev neft siyasətini iqtisadi maraqlar üzərindən siyasi təsir alətinə, geosiyasi vasitəyə çevirməyi bacardı. BTC kəməri, Şahdəniz layihələri, xarici sərmayələrin cəlbi onun uzaqgörən siyasətinin real nəticələridir. Bakı-Tbilisi-Ceyhan kəməri, sənaye zonalarının yaradılması, kənd təsərrüfatına subsidiya mexanizmi onun təşəbbüslərindən idi.

Ulu Öndər hər kəsə Azərbaycanımıza layiqli vətəndaş olmağı tövsiyə edir və öyrədirdi. “Adi vətəndaşdan böyük şəxsiyyətə qədər hər kəsin bir insan kimi dəyəri onun mənsub olduğu cəmiyyət, öz xalqı, doğma Vətəni üçün gördüyü önəmli işlərlə ölçülür”- deyirdi. O, öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma Vətənimizin və xalqımızın adını zirvələrə ucaltdı. Özü də ucaldı xalqımızın qəlbində.

Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi bitib-tükənməz idi. Ulu Öndər dilimizin saflığı, təmizliyi uğrunda daim mübarizə aparıb, təşəbüsü ilə bu sahədə dövlət səviyyəsində qəbul olunmuş qərarlar cəmiyyətimizdə doğma dilimizin inkişafında müstəsna rol oynayıb. Ümummilli Lider deyirdi: "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir."

“Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz”- deyən Ümummilli Lider hər bir azərbaycanlıya bu mənəvi xəzinənimzə fəxr etməyi öyrədirdi. Doğma dilimizin şirinliyini, gözəlliyini qorumağı tövsiyyə edirdi. Heydər Əliyevin birbaşa səyi nəticəsində 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edildi. Beləliklə, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində yeni mərhələ açıldı.

Ulu Öndər hər bir ölkə vətəndaşını həmrəy olmağa səsləyirdi. Səsləməklə qalmırdı, Azərbaycanımızın ən çətin, ağrılı, keşməkeşli anlarında belə, dünya azərbaycanlılarının birliyi üçün böyük işlər görür, əməli addımlar atırdı. Müxtəlif səbəblərdən dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsinə çalışır, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün əzmlə səy göstərirdi. Ulu Öndərin yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində dünya azərbaycanlıları ölkəmizin milli mənafeləri ətrafında bir araya gətirildi. Azərbaycançılıq ideologiyası milli birliyin aparıcı amilinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin üçrəngli, ay-uduzlu bayrağımıza sevgisi tükənməz idi. Təsadüfi deyil ki, 1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağımızın ikinci dəfə qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır.

Ulu Öndərimizin cəsarətli təşəbbüsü ilə yenidən göylərə qaldırılan üçrəngli bayrağımız indi Azərbaycanın hər yerində qürurla dalğalanır. Onun “Müstəqilliyimiz əbədidir, dönməzdir”- deyə ürəkdən inandığı həqiqəti bu gün hər bir Azərbaycan vətəndaşı bütün varlığı, qəlbi ilə qoruyur.

2020-ci il 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağımız yenidən öz simasına qayıdır- əvvəlkindən daha gözəl, ondan da möhtəşəm və müasir. Yenə Şuşamızda Xarı bülbül boy göstərir. Gözəlliyinin tamaşasına yaxın-uzaq ellərdən qonaqlar gəlir. Cıdır düzündən Qarabağın şikəstəsi havalanır. "Qafqazın incisi" neçə-neçə beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Bu gün Xankəndinin küçə və meydanlarını Azərbaycan bayrağı bəzəyir. Bir vaxt qan-qadalarla gələn köç bu gün toy-bayramla öz yurduna dönür- bu dəfə həmişəlik. Xalqımız qürurludur. Bu, Ulu Öndər Heydər Əliyevin də ən böyük arzusu idi. Onun ruhu şaddır.

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri