Icma.az
close
up
RU
Zəfər şəhidinin əbədiyyət yolu ŞƏRH

Zəfər şəhidinin əbədiyyət yolu ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Ulduzlu dünyasında ömrünün 29 ilini yaşayan şəhid Firdovsi Tahirov

Şanlı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəmanlıq, peşəkarlıq nümayış etdirərək 44 gün ərzində Azərbaycan xalqının 30 illik yurd nisgilinə son qoydu. Vətən tarixinin bu şərəfli salnaməsinə öz adını yazan igidlərdən biri də dağlar diyarı Lerik rayonunun Dico kəndində dünyaya göz açmış Firdovsi Balaxan oğlu Tahirov idi.Firdovsi el təəssübü çəkən, halallığı sevən bir nəslin nümayəndəsidir. Atası Balaxan kişi ömrünü xalqına fayda vermək, doğma yurdunun hər bir işinə gərək olmaq arzusu ilə yaşayır. Bu işgüzar, ləyaqətli insan övladlarına gözəl tərbiyə verərək onları özü kimi cəmiyyətə yararlı boya-başa çatdırıb. Od götürüləsi bu ocağın oğul payı Firdovsi ailədə doğma torpağa vurğun, vətənə qəlbən bağlı övlad kimi tərbiyə alır. O, orta məktəbi bitirib 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olur. Torpaq sevgisi ürəyinin lap dərinliyinə hopur. Tələbə Firdovsini erməni işğalçılarının xəyanətkar hərəkətləri ciddi düşündürür, narahat edir. Çox keçmir elə xalqına, millətinə sədaqətini, sevgili vətəninə sadiqliyini Azərbaycanın haqq savaşında döyüş meydanında qanı ilə təsdiq edir. Şəhidlik zirvəsinə ucalmaqla əbədi var olanların sırasına qoşulur.
Firdovsi oxuduğu ali məktəbin sonuncu kursunda, yəni 2019-cu ildə Ordu sıralarına yazılır. Məqamında vətən torpağın hər qarışında döyüşə hazır olan Lerikin igid oğlu Xüsusi Təyinatlı Dəstədə xidmətə başlayır. Bir müddət Gəncədə təlim keçir. Əla döyüşçü keyfiyyətləri nümayiş etdirir.
F.Tahirovun cəbhə yolu Tovuzdan başlanır. Döyüşlərdə son gülləsinədək vuruşaraq böyük igidlik, şücaət göstərib vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirir. Düşməndən intiqam almaq hissi Firdovsinin vətənlə bir döyünən qəlbində get-gedə alovlanır. Buna görə də, İkinci Qarabağ müharibəsinin başladığı anda işğal edilmiş torpaqların hər qarışını azad görmək eşqi ilə qorxmadan odun-alovun içinə atılır. Özü döyüşdə şəhidlik zirvəsinə ucalır, cəsurluğu, igidliyi, mərdliyi isə əsgər yoldaşlarına nümunə olaraq onları qələbəyə doğru aparır.
Vətən sevgisi Firdovsi üçün hər şeydən uca idi. Qanında axan bu ilahi sevgi əbədi olaraq onun adını könüllərə yazdı. Aramızdan vaxtsız getsə də, gələn nəsillərə örnək həyat yolu yaşadı. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Vətən sevdalısı Firdovsi Tahirov da bunu ürəkdən arzulayırdı. Bu gün onun, şəhidlik zirvəsindən gələcəyə boylanan ruhu hüzur içindədir.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri