Icma.az
close
up
RU
Əbu Dabi formatı: Görüş üçün niyə bu şəhər seçildi? Vacib CAVAB

Əbu Dabi formatı: Görüş üçün niyə bu şəhər seçildi? Vacib CAVAB

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı Əbu-Dabi görüşü dünya gündəmini zəbt edib. Əsas sual budur ki, niyə bu görüş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında reallaşdı. Adətən münaqişə tərəfləri danışıqlar üçün Avropanın tərəfsiz ölkələrinin şəhərlərini seçir. Məsələn, belə məkanlardan ən uyğunu İsveçrənin Cenevrə şəhəri sayılır. Cenevrə neytrallığı və diplomatik ənənələri ilə seçilən, bu sahədə dünya tarixində özünəməxsus yer tutmuş bir şəhərdir.

Lakin son illərdə alternativ məkanların sayı artıb. Ermənistan və Azərbaycan liderləri, eləcə də xarici işlər nazirlərinin görüşləri müxtəlif şəhər və platformalarda gerçəkləşib. Məsələn, bir sıra görüşlər Moskva və Soçidə keçirilib, burada vasitəçi qismində Rusiya Prezidenti Vladimir Putin iştirak edib. Bir neçə dəfə Əliyev–Paşinyan görüşləri Avropa İttifaqı Şurası Prezidentinin moderatorluğu ilə Brüsseldə təşkil olunub. Ötən il bu formatdakı görüşlərdən biri Almaniyanın paytaxtı Berlin şəhərində reallaşıb. Xarici işlər nazirlərinin görüşləri isə Vaşinqtonda və Almatıda baş tutub.

Sonuncu görüşün Yaxın Şərqin iqtisadi və logistik baxımdan ən inkişaf etmiş ölkələrindən birinin paytaxtında keçirilməsi neytral mövqe ilə əsaslandırılır. Bu addım, eyni zamanda, Qərbin neytral şəhərlərinə alternativ yaratmaq təşəbbüsü kimi də dəyərləndirilə bilər.

Analitiklər hesab edir ki, görüşün BƏƏ-nin paytaxtında təşkili regionda və qlobal diplomatiyada mühüm simvolik məna daşıyır. Əbu-Dabi təkcə Yaxın Şərqin iqtisadi və texnoloji baxımdan inkişaf etmiş şəhərlərindən biri deyil, həm də son illərdə beynəlxalq diplomatik təşəbbüslərin mərkəzinə çevrilməkdədir.

BƏƏ-nin neytral və balanslı xarici siyasəti, müxtəlif regionlar arasında körpü rolu oynamaq istəyi bu ölkəni vasitəçilik təşəbbüsləri üçün cəlbedici edir. Əbu-Dabidə keçirilən görüş, bu kontekstdə, Qərbin ənənəvi diplomatik məkanlarına – Cenevrə, Brüssel və Vaşinqtona – alternativ olaraq Yaxın Şərqin yüksələn diplomatik platforması kimi təqdim olunur.

Bundan əlavə, Əbu-Dabinin tərəf tutmayan, lakin iqtisadi və diplomatik baxımdan güclü bir mərkəz olması bu kimi həssas danışıqlar üçün uyğun, etibarlı bir mühit formalaşdırır.

Nəticə etibarilə, görüşün Əbu-Dabidə keçirilməsi sadəcə coğrafi məkan dəyişikliyi deyil, həm də beynəlxalq vasitəçilik arxitekturasında yeni güc mərkəzlərinin formalaşması baxımından əhəmiyyətli addım hesab oluna bilər.

Görüşün Əbu-Dabidə baş tutması hansı geosiyasi və diplomatik məqsədlərə xidmət edir? Məkan seçimi Qərbin vasitəçilik roluna hansı mesajları ehtiva edə bilər?

Globalinfo.az-a danışan fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli bildirib ki, iki ölkə liderinin görüşü üçün Əbu-Dabi şəhərinin seçilməsi təsadüfi deyil:

Faiq Ələkbərli

“Bu, əsasən, digər dövlətlərin iştirakı olmadan, birbaşa Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə danışıqların aparılması ilə bağlıdır. Əvvəlki Moskva, Soçi, Brüssel və digər şəhərlərdə keçirilən görüşlər, adətən, Rusiya, Aİ və digər beynəlxalq aktorların vasitəçiliyi ilə baş tuturdu. Lakin Əbu-Dabi görüşündə heç bir vasitəçi iştirak etmədi. Əliyev və Paşinyan nümayəndə heyətləri ilə birlikdə, birbaşa danışıqlar apardılar.

Bu, onu göstərir ki, Azərbaycan və Ermənistan münaqişənin həllində vasitəçi olmadan irəliləmək niyyətindədir. Əslində, bu yanaşma daha səmərəli və məqsədyönlüdür. Digər tərəfdən, hər iki liderin Rusiya, Fransa və Avropa İttifaqı kimi qüvvələrin vasitəçiliyi olmadan bir araya gəlməsi sülh sazişinin imzalanmasını sürətləndirə bilər. Hazırda tərəflər bu prosesə bir qədər yaxınlaşıblar. Ermənistan tərəfi artıq konstitusiyada dəyişikliklərin ediləcəyi ilə bağlı ilkin siqnal verib”.

Siyasi şərhçi qeyd edib ki, bu kontekstdə, Əbu-Dabi görüşü hər iki tərəfin problemi qarşılıqlı şəkildə və birdəfəlik həll etmək niyyətində olduğunu göstərir:

“Belə bir yanaşma üçün Əbu-Dabi ən uyğun və neytral seçim idi. Sülh sazişinin əldə olunması prosesi qərəzsiz şəkildə və xarici təsirlərdən kənar aparılmalıdır. Xüsusilə Ermənistan üçün bu görüş mühüm əhəmiyyət daşıyır, çünki gələcəkdə Rusiya və Fransanın təsiri olmadan münasibətlərin normallaşdırılmasına, davamlı sülhün təmininə zəmin yarada bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 İyul 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri