Icma.az
close
up
RU
Əbu Dabi görüşü sülh prosesində yeni mərhələnin başlandığını göstərir RƏY

Əbu Dabi görüşü sülh prosesində yeni mərhələnin başlandığını göstərir RƏY

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabidə vasitəçilərsiz görüşməsi danışıqlar prosesində yeni mərhələnin başlandığını göstərir. Bu, onu deməyə əsas verir ki, tərəflər arasında artıq işgüzar münasibət formalaşıb və konstruktiv dialoq üçün real imkanlar yaranıb. Artıq sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşma əldə olunub və onun paraflanması mümkündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin İdarə Heyətinin üzvü, hüquq elmləri namizədi Çingiz Bəşirov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olmasının daha bir sübutu odur ki, Ermənistan rəsmi Bakının iqtisadi və hərbi-texniki üstünlüyünü dərk edərək ölkəmizin irəli sürdüyü şərtlərlə razılaşmağa məcbur olub. Hətta Ermənistan konstitusiyasında dəyişiklik olunmasının vacibliyini Baş nazir Nikol Paşinyan özü də etiraf edir və bu dəyişikliklərin 2026-cı il iyunun 7-də parlament seçkiləri ilə eyni gündə referenduma çıxarılması planlaşdırılır. Bu məqam onu göstərir ki, Ermənistan artıq real vəziyyəti və regionda dəyişən güc balansını qəbul edib.

“Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uğurlu siyasət nəticəsində artıq Azərbaycan və Ermənistan vasitəçilərsiz danışıqlar aparır. Əbu-Dabi görüşündə liderlər arasında təqribən 5 saat ərzində həm geniş tərkibdə, həm də təkbətək formatda aparılan müzakirələr sülh müqaviləsi, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və təhlükəsizliyin təminatı kimi fundamental mövzuları əhatə edib. Bu, danışıqların miqyasını və dərinliyini göstərən mühüm faktdır”, - deyə Çingiz Bəşirov əlavə edib.

Ermənistanın silahlanma məsələsinə də münasibət bildirən ekspert vurğulayıb ki, iqtisadi və demoqrafik göstəricilər nəzərə alındıqda rəsmi İrəvanın Azərbaycanla silahlanma yarışında üstünlük əldə etməsi mümkün deyil. Lakin bu cəhdlər regional sabitliyin və qarşılıqlı etimad mühitinin yaranmasına maneə yaradır və bu baxımdan sülh gündəliyinin zəruri tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

“Prezident İlham Əliyev dəfələrlə bildirib ki, sülh müqaviləsi yalnız Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəalar çıxarıldıqdan sonra imzalana bilər. Əbu-Dabi görüşünün digər əhəmiyyətli nəticəsi isə gələcəkdə həm işçi qruplar səviyyəsində, həm də yüksəksəviyyəli formatda danışıqların davam etdirilməsi barədə razılığın əldə olunmasıdır. Bu isə sülh prosesinin davamlılığı baxımından olduqca mühüm əhəmiyyət daşıyır”, - deyə hüquqşünas əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri