Əbu Dabidəki üçtərəfli görüşdə bu mövzuda razılıq əldə olundu
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqların ikinci günü baş tutub.
“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, danışıqların yekununda tərəflər genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılığa gəliblər.
Əsir mübadiləsinin konkret vaxtı və detalları barədə isə ətraflı məlumat verilməyib. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner əsir mübadiləsi məsələsini Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etmək üçün noyabrın 12-də Stiven Uitkoff ilə birlikdə Moskvaya səfər edəcəklərini bildirib.
Danışıqlar zamanı ərazi məsələləri, mümkün atəşkəs, Ukrayna üçün təhlükəsizlik təminatları və müharibənin başa çatdırılması yolları müzakirə olunub. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin sözlərinə görə, üçtərəfli görüşlər zamanı bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə olunsa da, bəzi mühüm mövzularda ciddi fikir ayrılıqları qalmaqdadır. Belə ki, tərəflər arasında Donbasın gələcəyi və Ukraynanın NATO-ya üzvlüyü məsələlərində ortaq mövqe əldə edilməyib.
Ümumilikdə tərəflər diplomatik təmasları davam etdirmək niyyətində olduqlarını ifadə ediblər.
Xatırladaq ki, Əbu-Dabidə Ukrayna münaqişəsinin həlli ilə bağlı diplomatik görüşlərin ilk günü noyabrın 10-da baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 11 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















