Əcdadlarımız belə olub Alimlər təsvir etdilər
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər.
Milli.Az xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərindən gedir. 2017-ci ildə "Nature" jurnalında dərc olunan araşdırmada bu qalıqlar erkən Homo sapiens nəslinə aid edilib və onların yaşı 315 ± 34 min il olaraq müəyyənləşdirilib.
2026-cı ilin sentyabrında "Heritage" jurnalında yayımlanan yeni elmi işdə isə həmin fosillər əsasında üzün rəqəmsal forensik rekonstruksiyası təqdim olunub. Tədqiqatçılar Jebel Irhoud ərazisindəki bir neçə fosildən hazırlanmış üçölçülü kompozit kəllə modelindən istifadə ediblər.
Araşdırmada kəllənin anatomik xüsusiyyətləri əsasında üz cizgiləri müəyyənləşdirilib və iki fərqli görüntü hazırlanıb. Onlardan biri sümüklərlə uyğunluğu göstərən elmi rekonstruksiya, digəri isə dəri rəngi və üz tükləri əlavə edilmiş bədii təsvir olub.
Qeyd edək ki, Jebel Irhoud fosilləri Homo sapiensin təkamülünün ilkin mərhələləri barədə mühüm məlumat verən tapıntılar sırasında yer alır. 2017-ci ildə aparılan araşdırma onların müasir insanın formalaşmasının daha əvvəlki dövrlərə gedib çıxdığını göstərmişdi.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:79
Bu xəbər 27 Sentyabr 2026 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















