Icma.az
close
up
RU
Menu

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

Qarındakı piyləri əritməyin sirri açıldı

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

U 17 millisi Gəncədə

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

Nifaq yuvası Eçmiədzində qarşıdurma

Nifaq yuvası Eçmiədzində qarşıdurma

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Din xadimləri katolikosun istefasını tələb edirlər

Erməni Apostol Kilsəsi ilə ölkə hakimiyyəti arasında yaranmış gərginlik davam edir. Hakimiyyət bütün ermənilərin katolikosu II Qareginin dərhal istefa verməsini tələb edir. Ölkənin baş naziri Nikol Paşinyan bir neçə gün öncə məlum tələbini yenidən təkrarlayıb. O, jurnalistlərə açıqlamasında katolikosun islahat prosesində iştirak etmək üçün bütün imkanları tükəndirdiyini, II Qareginin, sadəcə, müqəddəs Eçmiədzin ana taxtını azad etməli olduğunu vurğulayıb.

Noyabrın 29-da bu istiqamətdə mühüm hadisə baş verib. Həmin gün axşam saatlarında bir qrup yepiskop və arxiyepiskop katolikosu vəzifəsindən könüllü olaraq istefa verməyə çağıran ictimai müraciətlə çıxış ediblər. “Sputnik Ermənistan”ın yaydığı xəbərə görə, iyerarxlar bəyanatda II Qaregini özbaşına idarəetmə metodlarında, siyasi proseslərə müdaxilədə və kilsə rəhbərinin missiyası ilə uyğun olmayan bir sıra digər hərəkətlərdə ittiham ediblər. Bundan əlavə, müraciət müəllifləri 1999-cu il oktyabrın 27-də baş tutmuş katolikos seçkilərinin təzyiq və qorxutma şəraitində keçirildiyini iddia edərək II Qareginin seçilməsinin legitimliyini, faktiki olaraq, şübhə altına alıblar. Bəyanatda deyilir: “Biz son aylarda kilsəmizin daxilində və ətrafında yaranan və hamımızın qəlbini sarsıdan qeyri-sağlam atmosferə görə dərin təəssüf hissi keçiririk. 1999-cu ildə katolikos seçkiləri ədalətli və təzyiq olmadan keçirilsəydi, bunların heç biri baş verməzdi. Erməni kilsəsinin xüsusilə son aylarda həm daxili idarəçiliyinin düzgün olmaması, həm də kilsə–dövlət münasibətlərində münasibətlərin pis olması səbəbindən mövcud böhran görünməmiş miqyas alaraq həm vətəndə, həm də diasporda təhlükəli vəziyyət yaradaraq xalqımızın sabitliyini, inancını və birliyini pozub. Katolikosun səhv və özbaşına rəhbərliyi səbəbindən yeparxiyalarımız və ayrı-ayrı pastorlarımız və diaspordakı dairələrimiz tez-tez narahat olur, bəzən Eçmiədzinlə əlaqələrini kəsməyə məcbur olurlar. Biz kilsəmiz və xalqımız naminə katolikos II Qareginin mövcud vəziyyəti ayıq qiymətləndirəcəyini, könüllü olaraq istefa verəcəyini və yeni seçkilərin keçirilməsinə şərait yaranacağını gözləyirik”. İddialar arasında ayrı-ayrı keşişlərin vəzifədən məhrum edilmələrinin əsassız olduğu və “katolikosa şəxsən sədəqətli, lakin səriştəsiz” ruhanilərin əsas vəzifələrə təyin edildiyi də qeyd olunur.

Müraciəti ümumilikdə 10 iyerarx – arxiyepiskoplar Ovnan Terteryan, Navasard Kçoyan, Avraam Mkrtçyan, Arakel Karamyan, Sion Adamyan, Vazgen Mirzəxanyan və yepiskoplar Anuşavan Jamkoçyan, Vrtanes Abraamyan, Artak Tiqranyan və Gevorq Saroyan imzalayıb. Bunlardan 8 nəfəri noyabrın 27-də N.Paşinyanla görüşdə iştirak edən şəxslərdir. Daha sonra qoşulan iki nəfərdən biri erməni kilsəsinin ABŞ-dakı Qərb yeparxiyasının rəhbəri, arxiyepiskop Ovnan Terteryan və Armavir yeparxiyasının rəhbəri, arxiyepiskop Sion Adamyandır.

***

Ancaq II Qaregin də geri çəkilənə oxşamır. Eçmiədzin ana taxtının dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan katolikosun patriarx taxtını tərk etməyi düşünmədiyini bildirib. Xaçatryan dünən keçirilən mətbuat konfransında bildirib: “Katolikosun istefa verməsi üçün heç bir səbəb görmürəm. O, yalnız bəzi şübhəli dini mənsubiyyətə malik dairələrin belə bir tələb irəli sürməsi səbəbindən taxtını tərk edə bilməz”. Arşakın sözlərinə görə, hətta 10 yepiskop belə bir tələb irəli sürsələr də, bu mümkün deyil.

Gözlənildiyi kimi, kilsənin Rusiya və Şimali Qafqazı, həmçinin Rostov-Don şəhəri və Krasnodar diyarını əhatə edən qondarma “Novo-Naxçıvan” yeparxiyası katolikosa dəstək nümayiş etdirib. Yeparxiya yaydığı bəyanatda deyilir: “Moskvadakı Yaradanın Yenilənməsi kafedralının keşişi, ierey Akop Saroyan istisna olmaqla, yeparxiya ruhaniləri yekdilliklə müqəddəs Eçmiədzin ana taxtına, onun sadiq ruhanilərinə və bütün ermənilərin katolikosu II Qareginə, eləcə də Ermənistan hakimiyyəti tərəfindən həbs edilən ruhanilərə sarsılmaz və qeyd-şərtsiz sədaqətlə yanaşdıqlarını bəyan edirlər. Biz, erməni kilsəsinin Rusiya və “Novo-Naxçıvan” yeparxiyasının ruhaniləri müqəddəs kilsəmizin ətrafında və xüsusən də daxilində baş verən təhlükəli hadisələrlə bağlı narahatlığımızı və qəzəbimizi bildiririk. Ermənistan hakimiyyətinin kilsə əleyhinə kampaniyasını və eyni prinsiplərə və məntiqə əsaslanan bəzi ruhanilərin əsassız və bölücü yanaşmalarını qətiyyətlə pisləyirik”.

Qeyd edək ki, kilsənin Rusiya yeparxiyasına II Qareginin qardaşı arxiyepiskop Yezras Nersisyan rəhbərlik edir. Paşinyan bir ay öncə Yezrasının SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (“KQB”) agenti olduğunu demişdi: “O, sovet dövründən bəri o KQB-yə işləyib və bu, faktdır. Dərc edilmiş faktlar və sənədlər onun KQB agenti kimi əməkdaşlığa cəlb edildiyini açıq şəkildə göstərir və bu, faktdır. Yeri gəlmişkən, bu faktlarla bağlı nə Ktriç Nersisyandan (II Qaregin), nə də qardaşından heç bir izahat gözlənilmir”.

Həmçinin hazırda həbsdə olan arxiyepiskoplar Mikael Acapaxyan və Baqrat Qalstanyan da istintaq təcridxanasından birgə bəyanat verərək, bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edən yepiskopları qınayıblar. Onlar baş nazirlə görüşdə iştirak edən yepiskopları “satqın və gizli davranış” vasitəsilə kilsədə nifaq salmağa çalışan “10 İuda” adlandırıblar.

Bu arada Ermənistanda məhkəmə katolikosun qardaşı və qardaşı oğlunun həbs müddətini uzadıb. Məlumata görə, Gevork Nersisyan barəsində həbs-qətimkan tədbirinin müddəti iki aylıq, onun oğlu Ambartsum Nersisyanın həbs müddəti isə üç aylıq uzadılıb. Ata və oğul noyabrın 3-də saxlanılmışdı. Onlara Vaqarşapatda keçiriləcək seçkilərdə qərbyönlü “Respublika” partiyasının təbliğat-təşviqatına mane olmaq ittihamı irəli sürülmüşdü. İstintaqın məlumatına əsasən, Nersisyanlar noyabrın 1-də Vaqarşapat icmasının tərkibinə daxil olan Voskeat kəndində partiya fəalı ilə münaqişəyə girərək ona qarşı təhqiramiz davranış sərgiləyiblər. Hadisə ilə bağlı iş noyabrın 17-də məhkəməyə göndərilib.

***

Beləliklə, görünən odur ki, Erməni Apostol Kilsəsi ilə siyasi hakimiyyət arasında qarşıdurma sürətlə dərinləşir və proses artıq sadəcə, kilsədaxili fikir ayrılığı yox, bütövlükdə, Ermənistanın institusional sabitliyinə təsir edən böhran xarakteri alır. Katolikos II Qaregindən istefa tələbi ilk dəfə deyil, lakin bu dəfə prosesin miqyası və iştirakçıların dairəsi, eləcə də hökumətin açıq mövqeyi situasiyanı yeni mərhələyə gətirib çıxarıb. Baş nazir Nikol Paşinyan məsələni şəxsi münasibətlər müstəvisindən çıxararaq kilsə idarəçiliyində şəffaflıq, legitimlik və yenilənmə ehtiyacı kimi ümumxalq maraqlarına bağlayır. Paşinyanın “katolikos islahatlar üçün bütün imkanları tükəndirdib” deməsi də onun uzun müddətdir Eçmiədzinlə dialoq qurmağa çalışdığını göstərir.

Bir qrup yepiskopun katolikosun istefasını tələb etməsi isə böhranın kilsə daxilində necə dərin köklərə malik olduğunu üzə çıxardı. Onların açıqlaması yalnız idarəçilikdə özbaşınalıq deyil, həm də 1999-cu il seçkilərinin legitimliyinə dair ağır ittihamları əhatə edir. Bu isə formal olaraq illərdir müzakirə olunmayan, amma kilsə daxilində daim narazılıq yaradan məsələlərin kəskin şəkildə üzə çıxması deməkdir. Müşahidəçilərə görə, iyerarxların bu cəsarətli addımı Paşinyanın kilsə islahatları ilə bağlı çağırışlarının cəmiyyətdə və ruhani cameədə rezonans yaratdığını da nümayiş etdirir.

Bununla belə, II Qaregin mövqeyindən geri çəkilməyəcəyini açıq şəkildə bəyan edib və bu bəyanatın Qareginin yaxın çevrəsi tərəfindən sərt tonda səsləndirilməsi bazardakı qarşıdurmanı daha da gücləndirir.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, hakimiyyət–kilsə böhranının daha geniş geosiyasi ölçüləri müşahidə edilir. Onun sözlərinə görə, kilsənin Rusiya yeparxiyasının katolikosu müdafiə etməsi və Ermənistan hakimiyyətini kilsə əleyhinə kampaniya aparmaqda günahlandırması Moskva kilsə dairələrinin bu məsələdən siyasi alət kimi istifadə etməyə çalışdığını göstərir: “Bu da təsadüfi deyil: çünki həmin yeparxiyaya rəhbərlik edən arxiyepiskop Yezras Nersisyanın SSRİ DTK ilə əməkdaşlığına dair Paşinyanın bir müddət öncə səsləndirdiyi faktlar Rusiyanın Eçmiədzin üzərində nə qədər təsir imkanlarına malik olduğunu ortaya qoyur. Katolikosun islahata qarşı sərt müqavimətinin arxasında həm də bu xarici təsirlər dayanır”.

Ekspert hesab edir ki, həbsdə olan arxiyepiskopların baş verənləri “kilsədə nifaq yaratmaq cəhdi” kimi qələmə verməsi isə, əslində, kilsə daxilində uzun illərdir mövcud olan fraksiyaların bir-birinə qarşı açıq mübarizəyə keçdiyini göstərir: “Mənim qənaətim bundan ibarətdir ki, Ermənistanda kilsə–hakimiyyət qarşıdurması yalnız şəxsi xarakterli münaqişə deyil. Bu, ölkənin siyasi modernləşmə kursu ilə kilsənin feodal tipli idarəçilik ənənələri arasındakı toqquşmanın nəticəsidir. Paşinyanın islahat xətti Ermənistanı daha açıq, daha demokratik institutlar üzərində qurulan modelə aparır. Eçmiədzin isə illərdir toxunulmaz hesab etdiyi səlahiyyətlərin məhdudlaşdırılmasını qəbul etməyə hazır deyil. Hazırkı situasiya göstərir ki, yaxın aylarda Ermənistanı həm hüquqi islahatlar, həm də kilsə idarəçiliyində struktur dəyişiklikləri gözləyir. Əgər Eçmiədzin bu prosesə konstruktiv qoşulmasa, böhran daha da dərinləşə bilər”.

P.S. Günün sonunda yayılan məlumata görə, katolikos II Qaregin kilsə ətrafındakı vəziyyəti müzakirə etmək üçün yepiskopların iclasını çağırıb. Bu barədə Ermənistan mediası Eçmiədzinə istinadən məlumat yayıb. Bildirilir ki, II Qareginin qərarına əsasən, iclas 10–12 dekabr tarixlərində keçiriləcək. İclas zamanı kilsə ətrafındakı mövcud vəziyyət və daxili kilsə qaydaları ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Səxavət HƏMİD
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see269

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see267

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see259

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see245

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see244

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see233

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see223

Məscidə terror hücumu planlaşdıran yeniyetmə saxlanılıb

22 Sentyabr 2026 18:18see223

Mikayıl Cabbarov bu sahədəki son vəziyyəti AÇIQLADI

22 Sentyabr 2026 15:38see222

Qarındakı piyləri əritməyin sirri açıldı

22 Sentyabr 2026 20:20see219

Dağ mədən sənayesi ölkə iqtisadiyyatının dayanıqlığını təmin edəcək Eyyub Kərimli

22 Sentyabr 2026 19:49see219

Misir Mərdanovun yaratdığı jurnal ləğv olunur

22 Sentyabr 2026 17:09see217

Hərbçilər və dövlət qulluqçuları üçün pensiya sistemində inqilabi təkmilləşdirmələr ŞƏRH

22 Sentyabr 2026 18:03see212

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

22 Sentyabr 2026 20:16see212

Türk dünyasının musiqi irsi yeni səsləniş qazandı: Bakıda keçirilən tarixi Qurultayın yekunları

22 Sentyabr 2026 15:56see211

Latviya vetodan imtina etdi Rusiyaya qarşı sanksiyalar 3 il uzadılır

22 Sentyabr 2026 20:16see209

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see206

Ceyhun Bayramov BMT nin 81 ci sessiyasına qatılıb

22 Sentyabr 2026 18:53see198

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see188

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri