Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Əcnəbilərlə evlənmələr artır: Səbəblər və nəticələr KÜNCDƏN BAXIŞ

Əcnəbilərlə evlənmələr artır: Səbəblər və nəticələr KÜNCDƏN BAXIŞ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Elçin Bayramlı

Son statistikaya görə, Azərbaycanda əcnəbilərlə nikahların sayı artıq 1 570-ə çatıb. Bu il əvvəlki illərlə müqayisədə belə evliliklərin sayı daha çox müşahidə olunur və bu artım hələ də davam etməkdədir.

Bəs Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsinin əsas səbəbləri nələrdir?

Bütün dünyada olduğu kimi, Azərbaycanda daxarici vətəndaşlarla evliliklər təkcə sevgi münasibəti üzərində qurulmur, bəzi hallarda mənfəət yönümlü məqsədlərlə də həyata keçirilir:

Son dövrlərdə əcnəbilərlə ailə qurulması halları artır. Hər nə qədər ötən illə müqayisədə cüzi azalma olsa da, ümumi tendensiyanı iri planda götürsək, məsələn, 30-40 il əvvələ nisbətən dəfələrlə yüksəkdir. Bunun çox fərqli səbəbləri var. Dünya qloballaşır, ölkələr bir-birinə qarışır, əlaqələr, gediş-gəlişlər artır. İnsanlar istər iş, istər təhsil məqsədilə fərqli millətlərdən olan şəxslərlə ailə qura bilirlər və bunda problem yoxdur. Məqsəd ailə qurmaqdırsa, sevgi məsələsidirsə, bu heç bir problem yaratmır.

Amma çox təəssüf ki, bu halların bir çoxu başqa məqsədlərlə baş verir. Burada qadın alveri faktları, biznes maraqları, müəyyən ölkədə yaşamaq və işləmək üçün icazə almaq məqsədilə saxta evliliklər də mövcuddur. Bəzən isə məqsəd yalnız əmlaka sahib olmaqdır; məsələn, xarici ölkədə tənha bir şəxslə ailə qurulur ki, onun müəyyən əmlakı qalacaq. Azərbaycanda da belə hallar mövcuddur.

Buradakı problem mahiyyətdədir. Əcnəbilərlə, başqa ölkənin vətəndaşları ilə normal ailə qurmaqda problem yoxdur. Dünya xalqarı bir-biri ilə qaynayıb qarışanda daha sağlam və yaxşı nəsillər meydana gəlir. Bu normal haldır, amma məqsəd həqiqi ailə qurmaq olduqda. Normal prinsiplərə əsaslanan həqiqi ailə qurulması halları problem deyil. Amma digər məqsədlər üçün qurulan ailələr artıq qeyri-təbii və qeyri-mənəvidir. Bu artıq maddi, biznes məsələlərini və ya hüquqi problemləri həll etmək üçün saxta evliliklərdir. Bu cür hallar qəbul edilməzdir və normal sayılmır. Bu halların payı çox olmasa da, az da deyil. Ümumilikdə götürsək, təxmini qiymətləndirmələrə görə, bu evliliklərin 70%-i həqiqi ailə qurulmasıdırsa, ən azı 30%-i dediyim səbəblərlə bağlı saxta, müvəqqəti, yalancı nigahlardır.

Bu cür halların qarşısı alınmalı və qanuni tədbirlər görülməlidir. Məsələyə diqqət yetirilməli, qanunsuzluq halları qarşısı alınmalı və insan hüquqları qorunmalıdır. Məsələn, hər hansı bir əcnəbi vətəndaş Azərbaycanda bir xanımla müvəqqəti yaşamaq üçün saxta evlilik edə bilər; 1-2 il sonra isə ayrılıb gedir öz ölkəsinə. Artıq qadın tərk edilmiş vəziyyətdə və ya 1-2 uşaqla birlikdə qalır, bu isə sosial və psixoloji problemlərə səbəb olur. Bu hallar insan cəmiyyətində həm sosial, həm hüquqi, həm də mənəvi baxımdan problemlər yaradır.

Bəzən saxta evlilik adı altında qadınlar və qızlar əxlaqsızlığa yönləndirilir. Məsələn, onları bəzi ərəb ölkələrinə və ya Türkiyəyə aparıb qanuni evlilik adı altında cinsi istismara məruz qoyurlar. Qadın alveri və qadınların biznes məqsədilə istismarı halları mövcuddur və minlərlə fakt var. Bu baxımdan həm insanlar özləri diqqətli olmalı, ailə qurulmasına maddi yox, mənəvi əsasda yanaşmalıdırlar, həm də müvafiq orqanlar bu halları nəzarətdə saxlamalıdır. Hüquq pozuntuları və qanunsuzluq hallarında müəyyən tədbirlər görülməli, həm preventiv, həm də sonradan hüquqi tədbirlər tətbiq edilməlidir. Gənclərimiz və uşaqlarımız da bu mövzuda düzgün məlumatlandırılmalı və başa salınmalıdır ki, məqsədli şəkildə belə hallara yönəlməsinlər. Sağlam və normal şəkildə ailə qurulması heç bir problem yaratmır, amma digər hallarda ciddi problem ortaya çıxır və bunun qarşısı alınmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri