“Economist” Qrenlandiya məsələsində Aİ nin ABŞ ni sıxışdıra biləcəyi zəif nöqtələri göstərib
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Avropalılar Qrenlandiyanın ələ keçiriləcəyi təqdirdə, ABŞ-yə müqavimət göstərmək üçün bir neçə təzyiq rıçağından istifadə edə bilərlər.
"Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Economist" qəzeti yazıb.
Nəşr qeyd edib ki, Aİ sanksiyalar və tariflər tətbiq edə, 2025-ci ilin avqust ayındakı ticarət sazişini ləğv edə və ABŞ-nin texnologiya nəhənglərinə zərbə vura bilər.
Bildirilib ki, təzyiq rıçaqları arasında Avropadakı hərbi bazalar da var. Belə ki, Almaniyadakı Ramştayn və digər obyektlər olmadan ABŞ-nin Afrika və Yaxın Şərqə "güc proyeksiya etməsi" qeyri-mümkün olacaq. "The Economist" nümunə kimi 7 yanvarda Venesuela tankerinin ələ keçirilməsini göstərib ki, bu, Böyük Britaniya bazalarından asılı olub.
Birləşmiş Ştatların digər zəif nöqtəsi Arktika logistikasıdır. Materialda vurğulanıb ki, Arktikada təhdidlərin idarə olunması Qrenlandiya, İslandiya, Böyük Britaniya və Norveç ilə əməkdaşlıq tələb edir.
Bununla yanaşı, nəşr qeyd edib ki, Aİ-nin daha aqressiv iqtisadi yanaşması müdafiə xərclərinin təcili artırılması ilə eyni vaxtda reallaşmalıdır. Bildirilib ki, yeni ticarət müharibəsi "büdcələrə böyük təzyiq" göstərəcək.
Xatırladaq ki, Tramp cari ilin 1 fevralından ABŞ-nin Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qaldıracağını açıqlayıb.
"Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", – deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
Sonradan Böyük Britaniya və Fransa da daxil olmaqla, bir sıra Avropa ölkələrinin liderləri yeni tariflərin qəbuledilməz olduğunu bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















