Icma.az
close
up
RU
Ədalət Partiyası Zəfər Günü münasibətilə II Fəxri Xiyabanı ziyarət etdi

Ədalət Partiyası Zəfər Günü münasibətilə II Fəxri Xiyabanı ziyarət etdi

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

8 Noyabr – Zəfər Günü münasibətilə Ədalət Partiyasının sədri Mütəllim Rəhimli və partiya üzvləri II Fəxri Xiyabanda şəhidlərimizin məzarını ziyarət etdilər.
Ziyarət zamanı əvvəlcə Vətən müharibəsi qəhrəmanı, general Polad Həşimovun məzarı önünə gül dəstələri düzüldü, onun əziz xatirəsi ehtiramla yad olundu, Generalın qəhrəmanlığı, Vətən uğrunda göstərdiyi igidlik və fədakarlıq xüsusi minnətdarlıq hissi ilə xatırlandı.


Partiya sədri və nümayəndələr Polad Həşimovun anası Səmayə xanımı Zəfər günü münasibətilə təbrik edərək, oğul itkisinə baxmayaraq, onun dəyanət nümunəsi göstərdiyini bildirdilər.  Onun bu duruşunun bütün Azərbaycan anaları üçün örnək olduğunu vurğuladılar  və Səmayə ananın simasında bütün şəhid analarına dərin hörmət və minnətdarlıq duyğularını dilə gətirdilər.


Daha sonra II Fəxri Xiyabanda dəfn olunan şəhidlərin məzarları üzərinə tər güllər düzüldü, ruhuna dualar oxundu. Onların Azərbaycan torpaqlarının azadlığı və dövlətimizin suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıqdan danışıldı.


Ədalət Partiyasının sədri Mütəllim Rəhimli məzarları tək-tək ziyarət edərək, şəhidlərin valideynlərinə,  doğmalarına başsağlığı verdi. O bildirdi ki, Azərbaycanın bu günkü qələbəsi şəhidlərimizin qanı və xalqın birliyi sayəsində mümkün oldu: “Azərbaycanın Zəfər tarixinin əsas müəllifləri şəhidlərimizdir. Onların qəhrəmanlığı, analarının fədakarlığı və xalqımızın birliyi bu qələbənin təməlini qoydu. Biz indi Zəfər Gününü böyük qürur və minnətdarlıq hissi ilə qeyd edirik.” - Sonra Mütəllim Rəhimli Şəhid ailələrini, qaziləri və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edərək, şəhidlərin xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını, onların adlarının daim ehtiramla anılacağını vurğuladı: “Biz bu torpaqlarda azad və müstəqil yaşaya biliriksə, bu, şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs dəyərdir. Onların ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı və uzun ömür arzulayırıq.”

Ədalət Partiyası Mətbuat Xidmətinin məlumatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri