Icma.az
close
up
RU
Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib

Ukraynanın səhiyyə naziri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanı və Zəfər Parkını ziyarət edib

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda rəsmi səfərdə olan Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Bakıvaxtı.az xəbər verir ki, qonaqlar Ulu Öndərin məzarı önünə tər gül dəstələri qoyublar.

Daha sonra nümayəndə heyəti görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, böyük alim, ictimai-siyasi xadim və səhiyyə təşkilatçısı Əziz Əliyevin, eləcə də tanınmış elm xadimi Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə çiçəklər düzüblər.

Daha sonra Ukrayna nümayəndə heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Ukrayna əsilli Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoqinin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər qoyublar.

Səfər çərçivəsində Ukrayna nümayəndə heyəti Zəfər Parkını da ziyarət ediblər. Onlar xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, rəsmi səfər çərçivəsində Ukrayna Respublikasının səhiyyə naziri Viktor Lyaşko Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə görüşü baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see198

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see179

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see163

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see135

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see133

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see126

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see123

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see121

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see120

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see118

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see117

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri