Icma.az
close
up
RU
Ədalət Partiyasında qalmaqal Ali Məclisin səlahiyyətlərinə son qoyuldu

Ədalət Partiyasında qalmaqal Ali Məclisin səlahiyyətlərinə son qoyuldu

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyanat yayıb.

Modern.az-a daxil olan bəyanatda bildirilib ki, Partiya Ali Məclisinin aprelin 19-da keçirilmiş iclasında 17 may 2025-ci ildə Ədalət Partiyasının növbəti IX Qurultayının keçirilməsi haqqında qərar qəbul edilib və Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb:

"Ali Məclis sədri və müavinlərinin məlumatları olmasına baxmayaraq, iclasa planlı şəkildə gəlməmiş, bununla da iclası pozmağa çalışmışlar. Bu alınmadıqda isə qərara veto qoyulması barədə bəyanat yaymışlar. Bəyanatda göstərilənlərdən heç biri əsas vermir ki, Ali Məclisin qərarına veto qoyulsun.

Birincisi, Siyasi Şura üzvlərinin Ali Məclisin iclasında iştirakı vacib deyil, çünki Siyasi Şura üzvləri Ali Məclisin üzvləri deyil və yalnız dəvət edildikləri halda iclasa qatıla bilərlər.

İkincisi, Ali Məclis sədri, onun müavinləri bilərəkdən iclasa gəlməmiş, sağlam rəqabət aparmaq əvəzinə partiyanın ofisinin kilidini dəyişərək, iclasın baş tutmasına əngəl olmağa çalışmışlar. Onlar iclasda iştirak etmədiyi halda partiya Nizamnaməsinə əsasən iclas səlahiyyətli hesab olunur və buna görə, onun qərarlarına veto qoyula bilməz.

Ali Məclisin 19 aprel 2025-ci ildə keçirilən iclasında Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi yaradaılıb və bununla da Ali Məclisin səlahiyyətlərinə son verilmiş, onun sədrinin də səlahiyyət müddəti bitib.

Beləliklə, 19 aprel 2025-ci il tarixdən etibarən Meydan Babayev Ədalət Partiyasının sədrinin səlahiyyətlərini icra etmir. Bütün səlahiyyətlər Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə və onun sədrinə keçmişdir.

Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bəyan edir ki, növbəti IX Qurultay 17 may 2025-ci ildə keçiriləcək və bu məqsədlə bütün rayon təşkilatlarını Qurultayda fəal iştirak etməyə çağırır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2092

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see353

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see245

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see189

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see164

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see143

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see140

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see134

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see134

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri