Icma.az
close
up
RU
ƏDALƏT PARTİYASINDA QARŞIDURMA DƏRİNLƏŞİR Məclis sədrindən sədr müavininə sərt ittihamlar

ƏDALƏT PARTİYASINDA QARŞIDURMA DƏRİNLƏŞİR Məclis sədrindən sədr müavininə sərt ittihamlar

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Mütəllim Rəhimli partiya daxilində regionçuluq siyasəti aparır”

“Məlumat üçün bildirirəm ki, Ədalət Partiyasının rəhbərliyi növbəti qurultayın may ayında keçirilməsini planlaşdırır. Bunun üçün prosedur qaydalarına düzgün əməl edərək Ali Məclisinin çağrılması, təşkilat komitəsinin yaradılması, rayonlarda konfransların keçirilməsi, texniki və təşkilati işlərin aparılması ilə bağlı müzakirələrimiz davam edir. Bütün məsələlər partiya rəhbərliyi səviyyəsində kollegial müzakirə olunur və konsensusla qərarlar qəbul edilir. Bu ənənə bundan sonra da davam edəcəkdir.”

“AzPolitika” xəbər verir ki, bu sözləri Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev bildirib.

Xatırladaq ki, partiyasının sədri İlyas İsmayılovun vəfatından sonra təşkilat daxilində qurultay keçirilməsi, yeni rəhbərliyin formalaşdırılması ilə bağlı fikir ayrılığı yaranıb.

M.Babayev təssüflə deyir ki, hazırda partiya yetkililərindən biri olan Mütəllim Rəhimli partiya daxilində müzakirə və həll olunalı olan məsələləri mətbuata yanlış məlumatlar verməklə "həll" etməyə çalışır: “Onun başqalarından fərqli olaraq, sədrlik ehtirası digər partiya üzvlərinin iradəsini nəzərə almağa imkan vermir. O, özbaşına Ali Məclisinin iclasını çağırır, nizamnaməyə zidd olaraq sədrin hüquq və vəzifələrinə aid edilmiş səlahiyyətləri mənimsəməyə cəhd edir. Uzun müddətdir açıq və davamlı olaraq partiya quruculuğuna qarşı çıxır, partiyadaxili subardinasiyaya əməl etmir və s. Bir sözlə, bütün məsələlərə partiya maraqları baxımından deyil, öz şəxsi maraqları baxımından yanaşır.”

Məclis sədri daha sonra Mütəllim Rəhimlini rəhmətlik İlyas İsmayılovun siyasi iradəsinə zidd şəkildə fəaliyyət göstərməkdə ittiham edib: “Bizim onunla fərqli mövqedə olmağımızın əsas səbəblərindən biri, rəhmətlik İlyas müəllimdən sonra partiya daxilində regionçuluq təbliğatı aparmasıdır. O, partiya daxilində Naxçıvanlı və Ermənistanlı fobiyası yaradaraq, sədrin hökmən Tovuzdan olmasının vacibliyi barədə təbliğat aparır. Daha aydın ifadə etsək, “Naxçıvanlıların partiyanı ələ keçirməsinə imkan vermək olmaz” kimi eybəcər və ziyanlı fikirlər yaymaqla partiya daxilində parçalanma və qütbləşmə siyasəti aparır. O, son müsahibələrində rəhmətlik İlyas müəllimin irsinin davam etdirilməsini tez-tez səsləndirməsinə baxmayaraq, İlyas İsmayılovun həm xarakterinə, həm siyasi iradəsinə, həm də siyasi əxlaqına uyğun olmayan tərzdə qanuna və nizamnaməyə zidd şəkildə fəaliyyət göstərir. Halbuki, mərhum İlyas İsmayılov regionçuluq və diskriminasiya düşüncəsindən uzaq bir şəxsiyyət idi”.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Aprel 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri