Icma.az
close
up
RU
Ədalət Partiyasından kütləvi istefalar başladı 950 nəfərlik rayon təşkilatı fəaliyyətini dayandırdı, Ədliyyə Nazirliyinə müraciət etdi

Ədalət Partiyasından kütləvi istefalar başladı 950 nəfərlik rayon təşkilatı fəaliyyətini dayandırdı, Ədliyyə Nazirliyinə müraciət etdi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra sözügedən siyasi təşkilatla bağlı qalmaqallar səngimək bilmir. 

May ayında partiyanın qurultayı keçirilsə də, İlyas İsmayılovdan sonra sədr səlahiyyətlərini həyata keçirmiş Ali Məclisin sədri Meydan Babayev, eləcə də sədrlik iddiasında olan sədr müavini Vüsalə Dadaşova və Siyasi Şura üzvü Elçin Qurbanov qurultayın legitim əsaslarla təşkil edilmədiyi iddiasıyla öncədən istefa veriblər. Onlar istefalarını bununla əsaslandırıblar ki, hökumətin müəyyən strukturları təşkilatın fəaliyyətinə aşkar müdaxilə edərək, partiya sıralarından uzaqlaşdırılmış sədr müavini Mütəllim Rəhimovu partiyaya sədr gətirmək istəyirlər. Mayın 17-də keçirilən qurultayda isə Mütəllim Rəhimov, həqiqətən, Ədalət Partiyasının sədri seçilib.

Bugünlərdə isə ADP sədri Sərdar Cəlaloğlu “Hürriyyət” televiziyasına müsahibəsində Ədalət Partiyası daxilində baş verənlərə münasibət bildirərək, bu partiyanın qurultayının “Siyasi partiyalar haqqında” qanuna müvafiq keçirilmədiyini iddia edib və hətta araşdırma aparılması üçün Ədliyyə Nazirliyinə çağırış da edib.

Artıq ADP sədrinin bu çağırışına Ədalət Partiyasının özündən də ciddi dəstək gəlib. "AzPolitika.info"-ya daxil olan məlumatalara görə, Ədalət Partiyasının ən böyük rayon təşkilatlarından biri – 950 nəfər üzvü özündə cəmləşdirən Mingəçevir təşkilatının təmsilçiləri siyasi fəaliyyətlərini dayandırdıqları haqda qərar qəbul ediblər və adlarının Ədalət Partiyasının adlı siyahısından çıxarılması, araşdırma aparılması üçün Ədliyyə Nazirliyinə və Respublika Prokurorluğuna müraciət ünvanlayıblar. Bu haqda redaksiyamıza məlumat verən Ədalət Partiyasının Mingəçevir təşkilatının üzvü Xəyal Məmmədov Ədliyyə naziri Fərid Əhmədova ünvanladığı ərizəsinin surətini də təqdim edib.

X.Məmmədov ərizəsində göstərib ki, siyasi fəaliyyətini dayandırmasına baxmayaraq, hələ də adı Ədalət Partiyasının Ədliyyə Nazirliyinə təqdim etdiyi adlı siyahıdan çıxarılmayıb.

"AzPolitika.info"-ya çatan məlumata görə, eyni hal Ədalət Partiyasının digər rayon təşkilatlarında da baş verir – üzvlər yeni sədr Mütəllim Rəhimovu köhnə siyahıları Ədliyyə Nazirliyinə təqdim etməkdə və dövlət qurumunu aldatmaqda suçlayırlar. Onların iddiasına görə, İlyas İsmayılovun dünyasını dəyişməsindən sonra üzvlərin bir çoxu bu partiyadan aralanıblar və partiyanın legitim əsaslarda formalaşmış rəhbərliyi olmadığından, istefa ərizlərini təqdim etməyiblər.

"AzPolitika.info"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Sentyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see229

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see219

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see194

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see193

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see191

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see166

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see163

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see162

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see160

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see148

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see147

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see144

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see142

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see141

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see140

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see136

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see135

Afrika Millətlər Kuboku: Günün nəticələri

30 Dekabr 2025 01:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri