Icma.az
close
up
RU
Ədalətli həll olmasa, sülh müvəqqətidir RƏY

Ədalətli həll olmasa, sülh müvəqqətidir RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynanın taleyini Ukraynasız həll etmək qeyri-mümkündür


Belə demək mümkünsə, imzalanacaq hansısa sənədin ömrü Donald Trampın hakimiyyətinin sonuna qədərdir


Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ər-Riyadda ABŞ ilə aparılan danışıqların nəticələri barədə ona məruzə edilib. Putin Ər-Riyaddakı danışıqların nəticələrini yüksək qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya və ABŞ diplomatlarının ölkədən çıxarılması yaxşı heç nəyə gətirib çıxarmayıb, indi diplomatik missiyaların işi bərpa olunacaq. Bildirib ki, Rusiya ABŞ ilə qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən Yaxın Şərqdə - Suriya və Fələstində işi bərpa etmək üçün ilk addımı atıb. Putin əlavə edib ki, heç kim Ukraynanı danışıqlar prosesindən kənarda qoymur: "Danışıqlar prosesi həm Rusiyanın, həm də Ukraynanın iştirakı ilə baş tutacaq". Putin ABŞ Prezidenti Donald Trampın telefon danışığı zamanı bunları söylədiyini bildirib. Qeyd edib ki, danışıqlar Moskva və Kiyevin iştirakı ilə baş tutacaq və heç kim Ukraynanı bu prosesdən kənar qoymur: "Mən bunu təsdiqləyə bilərəm". 

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır: "ABŞ və Rusiya arasında Ər-Riyadda keçirilən görüşün məqsədi etimadı artırmaq olub. Rusiya və ABŞ arasında etimad səviyyəsini artırmadan Ukrayna böhranını həll etmək mümkün deyil. Rusiya heç vaxt Avropa və ya Ukrayna ilə dialoqdan imtina etməyib. Avropalılar özləri Moskva ilə əlaqəni dayandırıb, Kiyev hətta Rusiya ilə danışıqlara qadağa qoyub". Kreml rəhbəri qeyd edib ki, Amerika tərəfində danışıqlarda qərəzsiz və mühakiməsiz “tamamilə fərqli insanlar” olub: "Rusiya və ABŞ arasında dialoqda vasitəçilərə ehtiyac yoxdur“. Putin Trampla görüşməkdən şad olacağını, lakin görüşə hazırlıqlı olmağın vacibliyini vurğulayıb. Rusiya prezidenti bəyan edib ki, onlar üçün sadəcə olaraq Trampla görüşmək kifayət deyil. Putin Trampla görüşünün nə vaxt baş tuta biləcəyini söyləməyə hazır olmadığını əlavə edib: "Tramp Ukrayna böhranını tez bir zamanda həll edəcəyinə söz verib, lakin prezident postundan məlumatları aldıqdan sonra mövqeyini dəyişib, bu, təbiidir".


Hüquq müdafiəçisi, siyasi şərhçi Əhməd Şahidov deyib ki, Rusiya və ABŞ rəsmiləri arasında Səudiyyə Ərəbistanında, Ər-Riyadda keçirilən görüş tarixi görüşdür. Ekspertin sözlərinə görə, uzun fasilədən sonra ABŞ və Rusiya yüksək ranqlı rəsmiləri arasında birbaşa görüş baş tutur: 


"Nəzərə alaq ki, bu görüş həm də fevral ayının sonunda Ər-Riyadda keçirilməsi gözlənilən Tramp-Putin görüşünə hazırlıqdır. ABŞ-Rusiya arasında həllini gözləyən bir çox məsələlər var. ABŞ-dən Rusiyaya tətbiq edilən sanksiyalar, hər iki ölkənin səfirliklərinin bərpası və s. məsələlər çözülməlidir. Tərəflər prosesin davamlı olması üçün müəyyən şərtlərini irəli sürüblər. Rusiya ciddi-cəhdlə çalışır ki, Krım, Donetsk və Luqansk bölgələrinə nəzarətini rəsmiləşdirsin. Bunu dünyaya qəbul etdirə bilsin. Həmçinin, Ukraynanın NATO-ya daxil olmasını əngəlləmək, NATO qoşunlarının ümumiyyətlə bu ərazilərə girməsinə mane olmaq niyyətindədir. Eyni zamanda özünə tətbiq edilən sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ-nin də şərtləri, həm də marağı var. ABŞ ilk növbədə hərbi əməkdaşlığı dayandırmağa, sonra sülh, yaxud atəşkəs sazişinə imza atılmasına nail olmağa çalışır. Donald Tramp açıq mətnlə deyir ki, indiyədək Ukraynaya 200 milyard dollar hərbi və maliyyə yardımı göstərilib. Onun əvəzində Ukraynanın mineral sərvətlərinin ABŞ-nin istismarına veriləsini tələb edir. Bu baxımdan düşünürəm ki, Ər-Riyaddakı görüş daha çox ABŞ və Rusiya arasındakı müəyyən problemləri aradan qaldırmaq, sonrakı mərhələdə sülhün əldə olunmasına zəmin yaratmaq üçün fürsətdir. Amma qısa zaman ərzində Ukrayna-Rusiya müharibəsində sülhün əldə olunması inandırıcı görünmür". 


Həmsöhbətimiz vurğulayıb ki, beynəlxalq hüquqa görə, Ukrayna əraziləri işğala məruz qalıb və burada itirən tərəf Ukraynadır:

"Ukraynanın taleyini Ukraynasız həll etmək qeyri-mümkündür. Avropadan kifayət qədər hərbi yardım alan Ukrayna ordusunun gücü, imkanları yerindədir. Yəni hərbi əməliyyatları davam etdirmək əzmindədir. Kiyevin indiki halda nələri güzəştə gedəcəyi qeyri-müəyyəndir. Ancaq Ukrayna prezidenti heç bir halda torpaqlarının işğalı, itirilməsi ilə barışmayacaqlarını ifadə edir. Rusiyanın da şərtləri çoxdur. Forsmajor bir hal yaşana bilər. Reallıq odur ki, bu gün Ukraynaya ən böyük maddi yardımı ABŞ göstərir. Əgər ABŞ dəstəyini kəsərsə, Ukraynaya təzyiq edərsə, rəsmi Kiyev atəşkəs sazişinə imza atmağa məcbur qala bilər. Rusiyanın da müəyyən şərtləri müvəqqəti qəbul edilə bilər. Amma heç bir halda bu, uzunmüddətli sülhə çevrilməyəcək. Belə demək mümkünsə, imzalanacaq hansısa sənədin ömrü Donald Trampın hakimiyyətinin sonuna qədərdir. ABŞ-də hakimiyyətin dəyişəcəyi təqdirdə, yaxud post-Putin dövründə fərqli hadisələr baş verə bilər. Trampın Rusiyanı tələyə salmağa çalışdığını iddia edənlər də var. Deyilənə görə, Rusiyanın tam zəifləməsini istəməyən ABŞ ondan Çinə və İrana qarşı istifadə etmək istəyir. Çünki D.Tramp hər zaman ABŞ-nin iqtisadi maraqlarını önə sürür. Hazırda Amerikanın iqtisadi-ticari maraqlarına ciddi təhdid, əslində, Çinin rəhbərlik etdiyi BRİKS təşkilatıdır.  Amma Ukrayna və Avropa liderlərinin iştirakı olmadan münaqişədə sülhün əldə olunması inandırıcı görünmür. Avropa liderlərinin Fransa rəhbərinin təşəbbüsü ilə Parisdə toplanması da təsadüfi deyildi. Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyidir. Avropa ölkələri bundan sonra da Ukraynaya öz dəstəklərini davam etdirəcəklər. Eyni gündə V.Zelenskinin Türkiyəyə gəlişi də bu prosesdə ABŞ, Rusiya və Avropa ilə yanaşı, Türkiyənin də maraqlı oyunçu olduğunu göstərir. Yəni burada həm Avropa, həm də Türkiyə faktorunu nəzərdə saxlamaq lazımdır. Məsələ sadəcə, ABŞ və Rusiya arasında olsaydı, tərəflərin qısa zamanda razılaşması mümkün olardı. İndiki halda D.Tramp çətin vəziyyətə düşüb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 07:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see313

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see273

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see257

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see255

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see250

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see242

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see227

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see221

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see219

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see219

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see218

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see218

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see217

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see208

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see207

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see205

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see204

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see200

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see194

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri