Icma.az
close
up
RU
Ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur Türkiyənin vitse prezidenti

Ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur Türkiyənin vitse prezidenti

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına cavab verir. Mehriban qonşuluq və sərhədlərə hörmət hər bir dövlətin xeyrinə olacaq. Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və rifahı dəstəkləmək üçün addımlar atmağa davam edəcək.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşü ilə bağlı şənbə günü, avqustun 9-da “NEXT Sosyal” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Cevdet Yılmaz Azərbaycan ilə Ermənistan arasında sülhə dair Birgə Bəyannamənin imzalanmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd regionda davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bütün Qafqaz regionunda sabitlik və firavanlığın rəhnidir.

“Uzunmüddətli sülh Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinə də töhfə verəcək. Ticarət, investisiya mühiti, turizm, enerji, logistika və bir çox başqa sahələrdə yeni imkanlar açılacaq. Həm Şərqi Anadoluya, həm də bütün Türkiyə iqtisadiyyatına müsbət inkişaf stimulu verəcək”, -deyə vitse-prezident vurğulayıb.

Türkiyənin vitse-prezidenti erməni müxalifətinin müəyyən hissəsinin mövqeyinə baxmayaraq sülh tərəfdarı olan Ermənistanın Baş naziri Nikol Paşinyan haqqında da müsbət fikirlər səsləndirib.

C.Yılmaz bəyanatında qeyd edib: “Səyləri ilə prosesi bugünkü mərhələyə çatdıran Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Qardaş ölkə üçün kritik bir zamanda Azərbaycana strateji dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğana da minnətdarlığımı ifadə edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Avqust 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see204

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see151

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see147

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see146

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see145

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see144

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see144

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see142

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see137

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see137

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see136

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see136

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see135

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see134

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see132

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see127

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see122

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri