Icma.az
close
up
RU
Türkiyənin vitse prezidenti: Azərbaycan ilə Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur

Türkiyənin vitse prezidenti: Azərbaycan ilə Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına uyğundur

Icma.az bildirir, Azertag portalına istinadən.

Ankara, 9 avqust, AZƏRTAC

Azərbaycan və Ermənistan arasında ədalətli sülh bütün tərəflərin maraqlarına cavab verir. Mehriban qonşuluq və sərhədlərə hörmət hər bir dövlətin xeyrinə olacaq. Türkiyə Cənubi Qafqazda sülh, sabitlik və rifahı dəstəkləmək üçün addımlar atmağa davam edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Ağ evdə keçirilən üçtərəfli görüşü ilə bağlı şənbə günü, avqustun 9-da “NEXT Sosyal” sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

Cevdet Yılmaz Azərbaycan ilə Ermənistan arasında sülhə dair Birgə Bəyannamənin imzalanmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu sənəd regionda davamlı sülhün təmin edilməsi baxımından əhəmiyyətlidir.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh bütün Qafqaz regionunda sabitlik və firavanlığın rəhnidir.

“Uzunmüddətli sülh Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinə də töhfə verəcək. Ticarət, investisiya mühiti, turizm, enerji, logistika və bir çox başqa sahələrdə yeni imkanlar açılacaq. Həm Şərqi Anadoluya, həm də bütün Türkiyə iqtisadiyyatına müsbət inkişaf stimulu verəcək”, -deyə vitse-prezident vurğulayıb.

Türkiyənin vitse-prezidenti erməni müxalifətinin müəyyən hissəsinin mövqeyinə baxmayaraq sülh tərəfdarı olan Ermənistanın Baş naziri Nikol Paşinyan haqqında da müsbət fikirlər səsləndirib.

C.Yılmaz bəyanatında qeyd edib: “Səyləri ilə prosesi bugünkü mərhələyə çatdıran Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirirəm. Qardaş ölkə üçün kritik bir zamanda Azərbaycana strateji dəstək verən Prezident Rəcəb Tayyib Ərdoğana da minnətdarlığımı ifadə edirəm”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see229

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see151

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see146

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see141

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see136

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see134

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see132

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see130

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see126

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see125

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see124

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see124

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri