Edama məhkum edilən aparıcı məhkəmədə ağladı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə Misir məhkəməsi tərəfindən haqqında ölüm hökmü çıxarılan tanınmış televiziya aparıcısı Sara Xalifa məhkəmə iclası zamanı ağlayıb və cəzasının yumşaldılması üçün yalvarıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
“Həyatımda heç vaxt siqaret çəkməmişəm. Allaha and içirəm ki, günahsızam. Xahiş edirəm, məni dinləyin, cənab. Valideynlərim məni yaxşı böyüdüblər. Onlar inanclı insanlardır və mənim narkotikdən gələn pula ehtiyacım yoxdur”, - 39 yaşlı Xalifa bildirib.
Sara Xalifa narkotik və qaçaqmalçılıqla yanaşı, evində şəxsi sürücüsünə qarşı cinsi təcavüzdə də ittiham olunub. Aparıcı sürücüyə hücum edərək onu soyundurub və bütün prosesi videoya çəkib.
Kanalın məlumatına görə, cinayət işində ümumilikdə 28 təqsirləndirilən şəxsin adı keçir. Onlardan 9-na ömürlük həbs verilib, 7-si isə bəraət alıb. Qalanları edam cəzasına məhkum edilib. Edama məhkum edilənlərin qərardan şikayət etmək hüquqları var.
Təqsirləndirilənlərin əmlakı və bank hesabları müsadirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 07 Sentyabr 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















