Misirin məşhur aparıcısı edama məhkum edildi
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Misir məhkəməsi tanınmış televiziya aparıcısı Sara Xalifa və daha 11 təqsirləndirilən şəxsə narkotik istehsalı və qaçaqmalçılığı ittihamı ilə ölüm hökmü çıxarıb.
Axar.az xəbər verir ki, bu barədə “Əl-Əhram” telekanalı məlumat yayıb.
Məlumata görə, təqsirləndirilən şəxslər narkotik istehsalı üçün xammal alınması ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat yaratmaqda ittiham olunublar.
İstintaq zamanı 750 kq-dan çox narkotik maddə və onların istehsalı üçün xammal müsadirə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmçinin narkotik laboratoriyalarına çevrilmiş iki mənzil və lisenziyasız silah və sursat arsenalını aşkar ediblər.
Qeyd edək ki, Xalifa ötən ilin aprelində Qahirədə saxlanılıb.
Baxış sayı:79
Bu xəbər 06 Sentyabr 2026 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















