Icma.az
close
up
RU
“Ədibin Evi”ndə məktəblilərlə Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib FOTO

“Ədibin Evi”ndə məktəblilərlə Azərbaycan dili dövlət dilidir” mövzusunda görüş keçirilib FOTO

Icma.az bildirir, Apa.az portalına istinadən.

Azərbaycanın yerləşdiyi coğrafi bölgədə çox dil bilmək üstünlükdür, lakin Azərbaycan vətəndaşları üçün Azərbaycan dilini bilmək zərurətdir.

APA xəbər verir ki, bunu millət vəkili Qaya Məmmədov Milli Məclisdə təmsil etdiyi Suraxanı rayonunun məktəbliləri qarşısında çıxış edərkən deyib.

İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə keçirilən “Azərbaycan dili dövlət dilidir” mövzusunda müzakirədə Suraxanı rayonunun 279 saylı məktəbinin yuxarı sinif şagirdləri iştirak ediblər. Millət vəkili gənclərə xatırladıb ki, bu il prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən dövlətin əsas qanunlar toplusu layihə şəklində hazırlanarkən bir sıra məsələlərlə yanaşı dövlət dili məsələsi də geniş ictimai müzakirələrə səbəb olmuşdur. Konstitusiyanın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bununla yanaşı multikultural cəmiyyətimizdə əhalinin danışdığı digər dillərin də sərbəst işlədilməsi və inkişafı təmin olunur. Dövlətçilik atributlarından biri olmaqla yanaşı, Azərbaycan dili həm də əsrlərin sınağından keçərək xalqımızın ən ali milli dəyəri kimi bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyinin sarsılmaz təməlidir.

Məktəblilərlə müzakirəni davam edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva isə əlavə edib ki, dil və mədəniyyət bir-biri ilə sıx bağlıdır. Azərbaycan dili cəmiyyət olaraq bizim ənənə və dəyərlərimizi əks etdirir, eyni zamanda azərbaycançılıq məhfumunu tam anlamaq üçün şərtdir.Hazırda rəqəmsal dünyada böyüyən gənclər sərhədsiz virtual məkanda digər dilləri tez mənimsəsələr də, azərbaycan dilinin davamlı olaraq müasir dünyaya uyğunlaşması və inkişafı üçün bu dildə danışan nəsillər biri-birini əvəzləməli və dili yaşatmalıdır. “Ədibin Evi”nin missiyasının milli ədəbiyyatımızın və ədəbi irsimizin tədqiq və təbliği olduğunu bildirən Şəfəq Mehrəliyeva dövlət dilini mükəmməl öyrənmək üçün Azərbaycan dilində zəngin ədəbi xəzinəmizi mütaliə etməyi ən yaxşı vasitələrədən olduğunu qeyd edib.

Tədbirin sonunda məktəblilərə Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın dahi şairimiz Nizami Gəncəvinin “Xəmsə”sindən azərbaycan dilində nəsrə çevirdiyi hissələrdən ibarət kitablar hədiyyə olunub.

Qeyd edək ki, Suraxanı məktəbliləri ilə görüş “Balakhani Operating Company LTD”-nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi çərçivəsində baş tutub. Bir illik layihə zamanı hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonu ərazilərindəki məktəblilər “Ədibin Evi”ndə “azərbaycançılıq” ideologiyasını müxtəlif aspektlərdən müzakirə edən silsilə görüşlərdə iştirak edəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Mart 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri