Icma.az
close
up
RU
Ədliyyə qulluqçularının andiçmə mərasimi keçirilib

Ədliyyə qulluqçularının andiçmə mərasimi keçirilib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi, peşəkarlığı və yüksək şəxsi keyfiyyətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülməkdədir.

Qeyd olunan tədbirlərin davamı olaraq, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş növbəti müsabiqənin bütün mərhələlərini uğurla keçmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlim kursunu bitirmiş şəxslər muxtar respublikanın ədliyyə orqanlarında qulluğa qəbul ediliblər. Yeni qəbul olunmuş əməkdaşlar dövlətə və qanunlara sədaqət andı içiblər.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov bildirib ki, ədliyyə sistemi hüquqi dövlət quruculuğunda mühüm rol oynayan əsas institutlardan biridir, bununla bərabər dövlətin və cəmiyyətin müxtəlif sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Hüseyn Səfərov ilk dəfə ədliyyə orqanlarında qulluğa qəbul olunmuş əməkdaşların dövlətə və qanunlara sədaqət andı içməklə məsuliyyətli və şərəfli xidmət yoluna qədəm qoyduqlarını xüsusi qeyd edib.

Daha sonra namizədlərin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında vəzifəyə təyin olunmaları barədə müvafiq əmr oxunub.

Mərasim çərçivəsində yeni təyinat almış əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli şəkildə and içiblər. Sonda onlara xidməti vəsiqələr təqdim olunub.

Səbuhi HƏSƏNOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri