ƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur?
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son bir ildə 100.000 manat nağd və 195.000 manat POS-terminal vasitəsilə dövriyyəm olub. Mən məcburi ƏDV qeydiyyatına alınmalıyam?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.
Vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Sorğuya cavab olaraq bildiririk ki, ƏDV məqsədlərinin qeydiyyatı üçün dövriyyə 197.500 ((195000 x 0.5= 97500) +100 000) kimi qəbul olunduğundan ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi yaranmır.
Əlavə olaraq bildirilib ki, qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxslər də vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilərlər.
Əsas: Vergi Məcəlləsinin 155-ci maddəsi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 02 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















