ƏƏSMN: Hərbçilərin pensiyalarının hesablanması qaydası dəyişməyəcək
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
Hərbi qulluqçuların pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı sosial islahatlar çərçivəsində hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır:
“Hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər prioritet məsələlərdəndir. Lakin hazırda həmin şəxslərin pensiyalarının hesablanması ilə bağlı hər hansı bir qanunvericiliyə dəyişiklik layihəsi müzakirə edilmir. Hərbi qulluqçuların və hərbi rütbəlilərdən olan pensiyaçıların sosial rifahı dövlətin daim diqqət mərkəzindədir və bu istiqamətdə tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək.
Məlumat üçün bildirək ki, bir qrup hərbçi pensiyalarının hesablanması ilə bağlı qanunvericilikdə dəyişikliklərin ediləcəyinə dair fikirlər səsləndirilib. İddia edilib ki, pensiya hüququ yaranan hərbçilər pensiyaya çıxdıqları zaman hərbi xidmət dövründə əldə etdikləri əlavələr onların pensiya məbləğlərinə hesablanmayacaq və pensiyaları daha az olacaq"(Report).
Bu mövzuda digər xəbərlər:HƏRBÇİLƏRİN PENSİYASI YENİ QAYDADA HESABLANACAQ ƏƏSMN detalları açıqladı
30 Oktyabr 2025 21:22
ƏƏSMN binalarını satışa çıxarır
20 Avqust 2025 14:21
ƏƏSMN üçün yeni vəzifə müəyyənləşdirilib
21 İyun 2025 10:02
ƏƏSMN işsizlərə ŞAD XƏBƏRİ AÇIQLADI
14 Oktyabr 2025 13:02
ƏƏSMN regionlarda qəbullar keçirəcək Qrafik
03 Oktyabr 2025 17:32
Baxış sayı:124
Bu xəbər 14 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















