Icma.az
close
up
RU
Efiopiya planlaşdırma naziri: Biz karbon ticarətində iştirak etmək istəyirik

Efiopiya planlaşdırma naziri: Biz karbon ticarətində iştirak etmək istəyirik

Icma.az bildirir, Sitat.info saytına əsaslanaraq.

"İnkişaf etməkdə olan, iqlim dəyişikliyinə çox həssas ölkə olan Efiopiya karbon ticarətindən (istixana qaz emissiyaları kvotalarının ticarəti - red.) faydalanmağa çalışır".

Sitat.info bildirir ki, bunu Oxu.az-a müsahibəsində Efiopiyanın planlaşdırma və inkişaf naziri Fitsum Assefa deyib.

"Biz demək olar ki, sıfır emissiya mənbələriyik və bu bizim iqlim dəyişikliyi ilə mübarizə sahəsində fəaliyyətimiz hesab edilə bilər, buna görə də karbon ticarətində iştirak etmək istəyirik", - deyə nazir qeyd edib.

O, ümid etdiyini bildirib ki, COP29 bütün ölkələrə karbon ticarətindən faydalanmaq üçün daha yaxşı mühitin yaradılmasına imkan verəcək.

Fitsum Assefa, həmçinin iqlimin maliyyələşdirilməsinin daha aydın tərifinə ehtiyac olduğunu vurğulayıb, çünki inkişaf etmiş ölkələr inkişaf sahəsində bütün əməkdaşlıqları bu çərçivəyə daxil etməyə çalışırlar.

Nazirin sözlərinə görə, Efiopiya quraqlıq, daşqın və sürüşmə kimi müxtəlif iqlim problemləri ilə üzləşir. Son beş yağış mövsümü ərzində ölkə cənub və şərq hissələrində quraqlıqla üzləşib ki, bu da milyonlarla mal-qaranın tələf olmasına gətirib çıxarıb. Efiopiyanın qida təhlükəsizliyi də iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri səbəbindən risk altındadır.

Efiopiya hökuməti iqlim fəaliyyətinə fəal şəkildə sərmayə qoyur. Əsas təşəbbüslərdən biri genişmiqyaslı meşəsalma proqramıdır - altı il ərzində ölkədə 40 milyard ağac tingi əkilib, 2026-cı ilə qədər isə bu rəqəmin 50 milyarda çatdırılması planlaşdırılır.

"Bundan əlavə, Efiopiya istiliyədavamlı buğda sortlarının istehsalını inkişaf etdirir ki, bu da ölkəyə təkcə daxili tələbatı ödəməyə deyil, həm də bu məhsulların ixracına başlamağa imkan verib", - deyə o əlavə edib.

"Enerji sektorunda Efiopiyanın elektrik enerjisinin 100%-i bərpa olunan mənbələrdən - hidroenergetikadan əldə edilir. Ölkə, həmçinin elektrikli avtomobillər sayəsində davamlı istehsal və istehlakı təmin etmək niyyətindədir. Biz açıq havada yanacaq yandırırıq və yalnız elektrikli avtomobillərdən istifadə edirik. Bu, iqlim dəyişikliyi ilə mübarizə üzrə daha bir addımdır", - deyə nazir qeyd edib.

Qeyd edək ki, bu yaxınlarda Efiopiya rəhbəri Azərbaycan Prezidenti ilə görüşüb və müzakirə olunan əməkdaşlıq sahələrindən biri də iqlim təşəbbüsləri olub.

"Dünyanın çox vaxt bu problemi görməməzlikdən gəlməsinə baxmayaraq, Efiopiya iqlim dəyişikliyi ilə mübarizəyə öz resurslarını yatırmağa davam edir", - deyə nazir fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sitat.info
archiveBu xəbər 16 Noyabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri